Türkiyənin tanınmış aktyoru ata oldu
Bizi izləyin

Tabloid.az

Türkiyənin tanınmış aktyoru ata oldu

Daha bir məşhur türk aktyoru ata olub.


Bekir Aksoy bu barədə sosial şəbəkədə şəxsən məlumat verib. Sənətçi sevincini ilk olaraq izləyiciləri ilə bölüşüb. Ötən ilin sentyabr ayında ailə həyatı quran sənətçi dünən ata olub. Bekir bəyin həyat yoldaşı Dərya Çavuşoğlu Bakırköydə yerləşən xəstəxanada dünyaya övlad gətirib.

Cütlük övladlarının belə tez dünyaya gələcəyini gözləmədiklərini bildiriblər. Vaxtından 1,5 ay qabaq 2 kiloqram 900 qram çəkisində və 47 sm boyunda olan körpəyə Emir Berk adı verilib.


Aktyor həyat yoldaşı və uşağının sağlıq vəziyyətinin yaxşı olduğunu bildirib. Sevincini bölüşən Bekir Aksoy bunu Allahın hədiyyəsi kimi qəbul etdiyini və çox sevincli olduğunu dilə gətirib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm