Oksana: “Burnumu yığdırmışam, gözüm linzadı”
Bizi izləyin

Tabloid.az

Oksana: “Burnumu yığdırmışam, gözüm linzadı”

Rəqqasə Oksana Rəsulova yerli prodakşınlardan birinin təşkil etdiyi mükafatlandırma mərasimində “İlin rəqqasəsi” adına layiq görülüb.

Rəqqasə Oksana Rəsulova yerli prodakşınlardan birinin təşkil etdiyi mükafatlandırma mərasimində “İlin rəqqasəsi” adına layiq görülüb.

Bu mükafata çox sevindiyini deyən Oksana Publika.Az saytına keçirdiyi estetik əməliyyatı haqqında danışıb. Gözünün linza, burnunun isə estetik əməliyyat olunduğunu qeyd edən rəqqasə bu barədə belə söyləyir:

“Gözüm açıq qəhvəyi rəngindədir. Sadəcə gözümdəki mənfi optik linzadır. Eynəyi çıxarıb, linza taxdım. Üzümdə təbii ki, estetik əməliyyatı var. Ancaq cəmi bir burnumu əməliyyat etdirmişəm. Mən ona görə etdim ki, burnum çox eybəcər, böyük idi. Onu bir az yığdırdım. Əsas problem nəfəs yollarında idi. Onunla bərabər elə burnumu da balacalaşdırdım. Çox insanlar burunlarını balaçalaşdırırlar. Amma yekə burun yaraşırsa, niyə edirlər? Bilirsiz necədi? Bizdə əməliyyat “patoku” gedir. O etdi, mən də etməliyəm. Ona görə də plastik əməliyyata düzgün yanaşmırlar”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm