Rusiyanın xarizmatik kişisi Bakıya gəlir
Bizi izləyin

Tabloid.az

Rusiyanın xarizmatik kişisi Bakıya gəlir

Rusiyanın xarizmatik kişisi Bakıya gəlir

2, 4 may 2014-cü il tarixlərində Bakıda Heydər Əliyev Sarayında Rusiya estradasının populyar müğənnisi Stas Mixaylovun möhtəşəm solo-konserti keçiriləcək.

Publika.az-ın məlumatına görə, 1997-ci ildən fəal musiqi faəliyyətinə başlayan Stas Mixaylovun bir-birinin ardınca bəstələdiyi və ifa etdiyi mahnıların hamısı hitə çevrilib. “Свеча” (1997), “Посвящении” (2002), «Позывные на любовь» (2004), “К тебе иду” (2005), «Берега мечты» (2006), «Небеса» (2007), «Жизнь - река» (2008), «Живой» (2010), «Только ты» (2011), «Джокер» (2013) və s. albomları müğənniyə böyük populyarlıq qazandırıb, onun nəinki Rusiyada, həmçinin ölkənin hüdudlarından kənarda tanınmasına və sevilməsinə səbəb olub.

Bəstələdiyi və ifa etdiyi bir-birindən gözəl mahnılarla Rusiya şou-biznesinin gündəmində qalmağı bacaran, həmişə arzu edilən sənətçi olan S.Mixaylov Azərbaycanda da çox sevilir.

Xüsusilə qadınların sevimlisi olan bəstəkar-müğənni Stas Mixaylov 2009-cu ildə Şanson radiosunun keçirdiyi müsabiqədə “İlin artisti” tituluna layiq görülüb. “Между небом и землей” mahnısına görə 2009-cu ildə “Qızıl qrammafon” Milli makafatını qazanıb.

2010-cu ilin dekabrında isə Rusiyanın Əməkdar artisti fəxri adına layiq görülür. Fərqli ifa tərzi, gözəl səsi, özünəməxsus mahnıları ilə publikanın böyük sevgisini və rəğbətini qazanan Stas Mixaylovun bütün albomlarını, kliplərini, həmçinin konsertlərini tamaşaçılar böyük maraqla qarşılayır. Biletlərin qiyməti 30 manatdır.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm