• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Heydər Əliyev Mərkəzində məşhur britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılacaq

Heydər Əliyev Mərkəzində məşhur britaniyalı heykəltəraş Toni Kreqqin fərdi sərgisi açılacaq

Mərkəzdən verilən məlumata görə, Heydər Əliyev Mərkəzinin Toni Kreqq Studiyası ilə birgə əməkdaşlıq layihəsi çərçivəsində təşkil olunan və avqustun 31-dək davam edəcək ekspozisiyada müəllifin 28 əsəri sərgilənəcək.

T.Kreqq 1949-cu il aprelin 9-da Böyük Britaniyanın Liverpul şəhərində anadan olub. 1966-1968-ci illərdə Milli Kauçuk İstehsalı Tədqiqat Assosiasiyasında texnik işləyib. Sənətin sirlərini Çeltnem şəhərindəki Qlosterşir İncəsənət Kollecində öyrənməyə başlayan T.Kreqq daha sonra Uimbldon İncəsənət Məktəbində, Kral İncəsənət Kollecində təhsil alıb. O, 1977-ci ildə Böyük Britaniyanı tərk edərək Almaniyanın Vuppertal şəhərinə köçüb və sərgilərlə çıxış etməyə başlayb. Hazırda, həmçinin Düsseldorf İncəsənət Akademiyasının rektorudur.

T.Kreqq yaradıcılığının ilk dövründə tullantılardan və istifadə olunmuş materiallardan, köhnə metal konstruksiyalardan hazırladığı əsərləri ilə tanınıb. Hazırda onun əsərlərinə dünyanın bir çox yerlərində rast gəlmək mümkündür. T.Kreqq böyük, monumental kompozisiyaların müəllifidir. Onun bürünc, mərmər, ağac, polad, plastik, keramika, farfor və şüşədən hazırlanmış heykəlləri yalnız muzeyləri deyil, həmçinin London, Liverpul, Bazel, Vyana, Düsseldorf, Vaşinqton, Nyu-York, Atlanta, Stokholm və digər şəhərlərin küçə və meydanlarını, korporasiya və bankların binalarını bəzəyir.

Müxtəlif ölkələrdə 350-dən artıq fərdi sərgisi təşkil olunan T.Kreqq 1988-ci ildə müasir incəsənət sahəsində məşhur "Törner" mükafatına, 2007-ci ildə isə Yaponiyanın "İmperator" mükafatına layiq görülüb.

baku-art.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR