Boşanmış Mehriban Xanlarova: " Qadın kimi xoşbəxt ola bilmədim"
Bizi izləyin

Tabloid.az

Boşanmış Mehriban Xanlarova: " Qadın kimi xoşbəxt ola bilmədim"

Aktrisa Mehriban Xanlarova qadın kimi xoşbəxt olmadığını etiraf edib. Mövqe.az xəbər verir ki, uzun illərdi boşanan və qızını tək böyüdən aktrisa bildirib :

" Mən qadın kimi xoşbəxt ola bilmədim. Bəzən deyirlər ki, aktrisadır, yemək bişirə, ev yığışdıra bilməz. Amma mən həyat yoldaşımın yeməyini bişirməmiş getmirdim. Ya harasa gedəndə tez gəlib, onun yeməyini hazır edirdim. Neyləmək olar, insan naxələf çıxanda çıxır. Bu gün qızımı ərə vermişəm, nəvə sahibiyəm. Bunlar çox sevindirici və qürurvericidir. Amma yenə deyirəm, Mehriban Xanlarova qadın kimi xoşbəxt ola bilmədi".

Aktrisa hətta ona evlilik təklifi gəldiyi xəbərini də təkzib etməyib : " Bəli, olub. Amma mən yox demişəm. Evlilik təkliflərindən imtina etmişəm. Çünki qorxuram. Eyni şeyləri təzədən yaşamaq istəmirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm