• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Azərbaycanlı müğənni kimə “Canın sağ olsun” dedi? - VİDEO

Azərbaycanlı müğənni kimə “Canın sağ olsun” dedi? - VİDEO

Vokal ifaçısı Lətifə Soyuözun yaradıcılığına daha bir mahnı əlavə olunub. Lətifənin Publika.az-a verdiyi məlumata görə, o, bəstəsi Günel Sərdarqızına, aranjemanı isə Yaşar Baxışa məxsus “Canın sağ olsun” mahnısını səsləndirib. Əsərdə türk musiqi orkestrı ifa edib. Mahnı artıq internet istifadəçilərinin ixtiyarına buraxılıb.

Lətifə onu da bildirib ki, mahnının özəlliyi onun Londonda hazırlanmasıdır: “Böyük Britaniyanın ən nəhəng musiqi şirkəti “Canın sağ olsun”u ərsəyə gətirib. Bu şirkətdə Madonna, Rihanna, Elton John kimi dünya ulduzlarının mahnısı yazılıb. Olduqca peşəkar bir iş görməyə çalışdım. Əminəm ki, mahnı qısa müddətdə xitə çevriləcək. Biz insanlar tez-tez “Canın sağ olsun” deyirik. Başımıza hər nə gəlsə də, yaxşı və ya pis, hər zaman məhz “Canın sağ olsun” deyirik”.

İfaçı gələcək planlarından da söz açdı. İfaçının sözlərinə görə, o, sözügedən mahnıdan sonra fərqli musiqi janrına müraciət edəcək.

İfaçının yeni mahnısını aşağıdakı linkdə dinləyə bilərsiz.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR