Manananı Bakıda ağlatdılar
Bizi izləyin

Tabloid.az

Manananı Bakıda ağlatdılar

Əməkdar artist Manana keçmiş günlərini yada salaraq, indiki məşhurluğu asanlıqla əldə etmədiyini deyir.

Publika.az-ın məlumatına görə, müğənni vaxtilə Azərbaycanda çətinliklərlə qarşılaşdığı günləri yadına salıb:

“Bakıya gəldiyim ilk vaxtlarda çoxları məni anlamırdı. Buna görə çox narahat olurdum və gecələr otağıma çəkilib ağlayırdım. Allahla danışırdım və deyirdim ki, ay Allahım, niyə məni başa düşmürlər? Sən demə, anam mətbəxtdən məni dinləirmiş. Mən Allaha verdiyim suallara anamdan cavab eşidirdim: Başa düşəcəklər, qızım, narahat olma! Bir neçə dəfə bu səs eşidildi və mən axırda anama gedib dedim ki, ana, icazə ver, Allahla mən özüm danışım. Sən mənə mane olma. Amma anaların duası qəbul ediləndir. Doğrudan da sonradan hamı məni anladı, uğurlarım artdı”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm