Elçin Hüseynbəyli kollektivə təqdim olunub
Bizi izləyin

Tabloid.az

Elçin Hüseynbəyli kollektivə təqdim olunub

Bu gün Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi Azərbaycan Nəşriyyatında yerləşən “Ədəbiyyat qəzeti”nin redaksiyasında olublar.

Bu gün Azərbaycan Yazıçılar Birliyinin rəhbərliyi Azərbaycan Nəşriyyatında yerləşən “Ədəbiyyat qəzeti”nin redaksiyasında olublar.

Baş redaktor vəzifəsinə yeni təyin edilmiş Elçin Hüseynbəylinin redaksiya kollektivinə təqdim edilməsi üçün toplantı təşkil olunub. Toplantıda Azərbaycan Yazıçılar Birliyinin sədri Anar, birinci katib Fikrət Qoca, katiblər Çingiz Abdullayev, Arif Əmrahoğlu, Rəşad Məcid, mətbuat xidmətinin rəhbəri Xəyal Rza,“Ədəbiyyat qəzeti”nin yeni baş redaktoru Elçin Hüseynbəyli və qəzetin redaksiya heyəti iştirak ediblər.

AYB sədri Anar çıxış edərək keçmiş baş redaktor Ayaz Vəfalının səhhəti ilə əlqədar öz ərizəsilə işdən azad olunduğunu və daha sonra katibliyin iclasında yekdilliklə Elçin Hüseynbəylinin baş redaktor təyin edildiyini vurğulayıb. O, “Elçin on ildir ki, Ulduz jurnalının” baş redaktorudur. Bu on ildə etimadları doğruldub və işinin ödəsindən layiqincə gəlib. İnanırıq ki, yeni vəzifəsində də özünü subut etməyi bacaracaq” deyə bildirib. Daha sonra “Ədəbiyat qəzeti”nin əməkdaşları yeni baş redaktoru təbrik ediblər. Sonda qəzetin baş redaktoru Elçin Hüseynbəyli çıxış edərək rəhbərliyə ona etimad göstərildiyi üçün minnətdarlığını bildirərək görəcəyi işlərdən söz açıb. “Ədəbiyyat qəzeti”nin istər fotmatında, istərsə də materiallarında tezliklə ciddi dəyişikliklər ediləcək.”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm