Xalq artistinin yubileyi qeyd ediləcək
Bizi izləyin

Tabloid.az

Xalq artistinin yubileyi qeyd ediləcək

Xalq artistinin yubileyi qeyd ediləcək

Aprelin 1-də Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyoru, Prezident təqaüdçüsü, xalq artisti Tariyel Qasımovun 75 illik yubileyinə həsr olunmuş tədbir keçiriləcəkdir.

Teatrın mətbuat xidmətindən bildirmişlər ki, tədbirdə tanınmış mədəniyyət və incəsənət xadimləri Tariyel Qasımovun yaradıcılığı, yüksək insani keyfiyyətləri haqqında fikirlərini bölüşəcəklər. Mərasim iştirakçılarına yubilyarın rol aldığı filmlərdən fraqmentlər nümayiş etdiriləcəkdir.

1939-cu il fevralın 4-də Ağstafa rayonunun Köçəsgər kəndində dünyaya göz açan Tariyel Qasımov 1964-cü ildə Azərbaycan Dövlət Teatr İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirmişdir. 1964-cü il oktyabrın 1-dən Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktyorudur. Onun ifa etdiyi Cəlal, Bəxtiyar (“Komsomol poeması”), Söhrab (“Söhrab və Rüstəm”), Zaur (“Yadındamı”), Pərviz (“Sən nə üçün yaşayırsan”), Kazım (“Məhəbbət novellası”), Məşədi Əzizbəyov (“26 Bakı komissarı”), Polkovnik (“Kiçik torpaqda üç gün”), Zərbəliyev Səbzəli (“Məhəbbət, şeytan və lambada”), Salahov (“Sevirdim, çox sevirdim”), Qədim (“Büllür sarayda”), Həsənzadə (“Sən həmişə mənimləsən”), Nihad (“Pələng ili”) və digər bir-birindən maraqlı rollar istedadlı aktyorun rəngarəng obrazlar qalereyasını yaratmışdır.

Teatrın foyesində aktyorun ifa etdiyi tamaşalar və filmlərdən ibarət fotosərgi nümayiş etdiriləcəkdir.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm