Mələkxanım canlı efirdə qardaşı oğlanlarına qadağa qoydu
Bizi izləyin

Tabloid.az

Mələkxanım canlı efirdə qardaşı oğlanlarına qadağa qoydu

Xalq artisti Mələkxanım Əyyubova canlı yayımda qardaşı oğlanları - müğənni Ramal, Vüsal və Valeh İsrafilovlara qadağa qoyub. Publika.az-ın məlumatına görə, xanəndə xanım ATV kanalında qardaşı Əliyaqub İsrafilov və onun musiqiçi oğlanları ilə birgə verilişə çıxıb. Veriliş zamanı xalq artisti qardaşı oğlanları üzərində hər zaman nəzarətinin olduğunu söyləyib: “Düzdür qardaşım ailəmizin ağsaqqalıdır, amma onun oğlanları hər zaman mənim nəzarətim altındadırlar. Mən onların həm sənətlərinə, həm də özlərini aparmalarına nəzarət edirəm. Bu gün sənət aləmində, gənc nəsil arasında böyük-kiçik yeri bilməyənlər var. Amma mən qardaşım oğlanlarına hər zaman diqqətli olmağı tapşırmışam”.

Sənətkar eyni zamanda Ramalla xalq artisti Aygün Kazımova arasında yaşanan xoşagəlməz incikliyə də münasibət bildirib:

“Olur ki, bəzən yaşca məndən kiçik sənətçilər gəlib deyirlər ki, biz sizi efirdə görüb sənətə gəlmişik. Ramal, sən də sənətə kiməsə baxıb gəlmisən. Aygün Kazımova ilə aranda yaşananlar yəqin ki, şou xarakteri daşıyır. Mənim şou-biznes qaydalarından xəbərim yoxdur, amma olmaz. Sənə qadağa qoyuram, bütün bu şouya son qoy. Aygün Kazımova, Brilliant Dadaşova və digər özündən yaşca böyük sənətçilərə baxıb bu sənətə gəlmisən, onlara da hörmət etməlisən”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm