Mehriban Ələkbərzadə Şeyxlə Alimin cavabını verdi: "Tərbiyəsiz, arvadağız..." - ÖZƏL
Bizi izləyin

Tabloid.az

Mehriban Ələkbərzadə Şeyxlə Alimin cavabını verdi: "Tərbiyəsiz, arvadağız..." - ÖZƏL

“Qatil” tamaşası ətrafında yararan qalmaqalla bağlı tamaşanın rejissoru Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə Publika.az-a açıqlama verib:

“Əvvəllən bu, köhnə söhbətdir, üstündən bir il ötəndən sonra mətbuatın bu məsələni qabartması bilmirəm kimə lazımdır? Digər tərəfdən mənə bu çatmır ki, musiqi ifa edərkən, ruhun qanadlarında uçan Alim Qasımov eşqin içində necə seks görə bilər? Kimsə onun qulağına nəsə pıçıldayıbsa, həmin adam gedib öz həyat tərzinə, əxlaqına baxsın. Görsün nə gündədir. Mən Alimi xanəndə kimi tanıyıram, insan kimi tanımıram. Bu tamaşada sevgidən söhbət gedir, burda nə seks var, nə də erotika. Sevgisi uğrunda mübarizə aparan bir insanın qatilə çevrlməsindən söhbət gedir. Alim oturub tamaşanın ikinci hissəsini gözləsəydi. Bilərdi orda nə baş verir. Əgər o tamaşanı yarımçıq tərk edib gedibsə, bu onun öz tərbiyəsidir.

Rejissor Əbdul Mahmudbəyovun fikirlərinə də münasibət bildirib: “Əbdulün paxıllığını başa düşmək olar. Amma məsələ burasındadır ki, o dediklərini danır. Mənim arvadağız kişilərlə mübahisə etmək fikrim yoxdur. Hər kəs mənim kim olduğumu bilir. Heç nəyim olmasa da, əxlaqım, həyat tərzim göz qabağındadır. Tarixi saxtalaşdırıb ata-babalarını hemoseksual kimi təqdim edirlər, ona cavab verən yoxdur, amma sevgisi uğrunda mübarizə aparıb sonda qatil olan adamdan bəhs edən filmə qarşı çıxırlar. Ən pisi budur ki, belə sözləri danışan adamlar normal əxlaq sahibi də deyillər”.

Mehriban Ələkbərzadə həmin sənətkarlara üz tuturaq bir söz də deyib: “Gedin , sözünüz varsa, əsəri yazana deyin!”

Xatırladaq ki, teatrın səhnəsində oynanılan “Qatil” tamaşasındakı yataq səhnələrini Alim Qasımovu əsəbiləşdirib və o, tamaşanı yarımçıq tərk edib. Məlumata görə, xalq artisti əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyovun dəvəti ikə bu tamaşaya baxmağa gəlibmiş. Elə buna görə də etirazını ucadan, yüksək tonla Ə.Mahmudbəyova bildirib: “Ədə Əbdül, məni hara gətitmisən? Bu nə biabırçılıqdır? Gəzmədiyim ölkə qalmayıb, amma mən dünyanın heç bir ölkəsində belə bir biabırçılıq görməmişəm...”

Əməkdar incəsənət xadimi Əbdül Mahmudbəyov AzNews.az-a açıqlamasında məlumatı təsdiqləyib: “Bizi o tamaşaya Mehriban Ələkbərzada və baş rolun ifaçısı Münəvvər Əliyeva dəvət etmişdi. Biz müasir ola, avropalaşa bilərik, amma müqəddəs şeyləri qorumalıyıq. Bizi yaşadan dəyərlər - namus, qeyrət ölçüsüdür. “Azdrama”da bir dənə də olsa ekspert, teatr tarixinə toxunulası heç nə eləmirlər. Akademik Teatrda elə eybəcər səhnəni elə eybəcər şəkldə təqdim etmək açıq-aydın əxlaqa, dəyərlərə ziddir.

Tamaşada seks səhnələrini təqdim etmək milli qəhrəmanların həyatını təqdim etməkdən qat-qat çətin və məsuliyətlidir. Bu səhnələr elə dəqiqliyi ilə işlənməlidir ki, insanlarda nifrət hissi yaratmasın. Yoxsa, müasir düşünürəm, nə bilim Avropaya baxış yolverilməzdir.

Mən buradan Mədəniyyət və Turizm nazirinə, teatrın direktoru İsrafil müəllimə də səslənirəm. Belə əttökən seks səhnələri eləmək düzgün deyil. Biz bu biabırçılığa dözə bilməyib tamaşanı tərk etdik. Bizdən savayı hansısa institutun 60-dan yuxarı tələbəsi vardı. Onlar da Alim müəllimin səsini eşidib, narazı halda zalı tərk etdilər. Sonra Mehriban xanımla qarşılaşdıq. O, mənə dedi ki, tamaşadan narazı halda getməyinizdən xəbərim var. Təbii ki, mən ona cavab vermədim. Anlaya bilmirəm, bunlar avropalılardan da o tərəfə keçmək istəyir? Bəlkə daha da çılpaq olmaq istəyirlər?”

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm