Nadir Qafarzadə: "Hüseyn Dərya cəhənnəmə ölüb!" - Foto
Bizi izləyin

Tabloid.az

Nadir Qafarzadə: "Hüseyn Dərya cəhənnəmə ölüb!" - Foto

“Hüseyn Dərya cəhənnəmə ölüb, qaragora ölüb. Böyük iş olub?”

“Axar.az” xəbər verir ki, bu sözləri Nadir Qafarzadə öz “İnstaqram” səhifəsində Hüseyn Dəryanın ölümüylə bağlı paylaşılan şəklə münasibət bildərərkən yazıb: “Birincisi, ölüb, cəhənnəmə, qaragora ölüb, böyük iş olub? Gedin qara geyinin, yas saxlayın. Sağ olanda hardaydınız, küçələrdə qalanda, dilənəndə, döyüləndə, ac qalanda? İndi əziz oldu?” Məsələylə bağlı Nadir Qafarzadə ilə əlaqə saxlamağa çalışdıq.

Zəngimizə müğənninin köməkçisi olduğunu bildirən Ruslan bəy cavab verərək Nadir Qafarzadənin ölkədə olmadığını, bu barədə açıqlama verə bilməyəcəyini söylədi. Qalmaqala səbəb olacaq şəkil Hüseyn Dəryanın fanatlarının onun adına açdıqları səhifədə paylaşılıb. Nadir Qafarzadə isə həmin şəkli öz səhifəsində dərc edib və şəklin altında Hüseyn Dərya haqqında həmin sözləri yazıb. Xatırladaq ki, H.Dərya fanatlarının müğənniyə qarşı sərt reaksiya göstərməsindən sonra N.Qafarzadə bu fotonu "İnstaqram" sosial şəbəkəsindəki hesabından silib. Həmin fotonu təqdim edirik.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm