Şeyx xanım rejissoru hədələdi: “Əxlaqdan danışma, açaram sandığı...” - QARŞIDURMA
Bizi izləyin

Tabloid.az

Şeyx xanım rejissoru hədələdi: “Əxlaqdan danışma, açaram sandığı...” - QARŞIDURMA

Əməkdar İncəsənət Xadimi, tanınmış rejissor Mehriban Ələkbərzadənin həmkarı Şeyx Əbdul Mahmudbəyovun ünvanına söylədiyi fikirlər tərəflər arasında qarşıdurma yaradıb.

“Əbdulün paxıllığını başa düşmək olar. Amma məsələ burasındadır ki, o dediklərini danır. Mənim arvadağız kişilərlə mübahisə etmək fikrim yoxdur" - sözləri Şeyxi cin atına mindirib.

Publika.az vasitəsi ilə həmkarını yıxıb-sürüyən rejissor hətta Mehriban Ələkbərzadəni duelə də çağırıb: “Mənim əxlaqım, tərbiyəm göz qabağındadır. Mən bunu boynumdan da atmıram, bəli, o biabırçılığı görəndən sonra tamaşanı yarımçıq tərk etmişəm. Səhnədə sekslə məşğul olmaq - bu biabırçılığı hələ görən olmamışdı. Məndən başqa o tamaşaya baxmağa 40 tələbə qız gəlmişdi. Yazıq qızlar xəcalətlərindən ölüb-yerə girdilər, utandıqlarından üzümüzə baxa bilmədilər. Az.Drama-nın səhnəsi sənin üçün eksperiment aparmaq yeri deyil, Mehriban. O ki, qaldı mənə dediyin sözlərə, get güzgüdə özünə bax. Gəl oturaq əxlaqdan danışaq, amma onda sənə pis olacaq, açacam sandığı, tökəcəm pambığı”.

Şeyx Əbdül belə bir tamaşaya görə nəinki paxıllıq çəkdiyini, əksinə, utandığını dedi: “Heyvan heyvanlığı ilə intim münasibətdə olanda xəlvətə çəkilir. Bu abırsızlar, səhnənin otasında soyunub…”

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm