“Qulluqçu-Xanım”-Opera səhnəsində premyera - FOTOLAR
Bizi izləyin

Tabloid.az

“Qulluqçu-Xanım”-Opera səhnəsində premyera - FOTOLAR

“Qulluqçu-Xanım”-Opera səhnəsində premyera - FOTOLAR

Aprelin 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Covanni Battista Perqolezinin “Qulluqçu-Xanım” operasının premyerası olacaq. Operanın ilk tamaşası 1733-cü ildə baş tutub.

Maraqlı süjet xətti, şən və sadə melodiyalar üzərində qurulmuş opera ilk dəfədən böyük tamaşaçı marağına səbəb olmuş və uğur qazanmışdı. “Qulluqçu-Xanım” bu günə kimi dünyanın ən nüfuzlu opera teatrlarının repertuarında möhkəm yer tutur.

Yeni tamaşanın quruluşçu rejissoru Əməkdar Artist, Respublika Prezidenti mükafatçısı İnarə Babayeva, musiqi rəhbəri və dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərov, quruluşçu rəssam Əməkdar Mədəniyyət İşçisi Yusif Babayevdir.

Tamaşada əsas rolları İnarə Babayeva (Serpina), Anton Ferştandt (Doktor Uberto) və Fərid İbrahimov (Vespone) ifa edəcəklər.

Azərbaycan Opera və Balet Teatrında ilk dəfə səhnəyə qoyulan bu opera heç şübhəsiz ki, son dərəcə gözəl musiqisi, dekorasiya və kostyumları ilə tamaşaçılar tərəfindən bəyəniləcək və maraqla qarşılanacaq.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm