Nadir Qafarzadə Hüseyn Dəryanın ruhundan üzr istədi
Bizi izləyin

Tabloid.az

Nadir Qafarzadə Hüseyn Dəryanın ruhundan üzr istədi

Ötən gün şəxsi İnstaqram səhifəsində vəfat etmiş rep ifaçısı Hüseyn Dərya barədə xoşagəlməz sözlər ifadə edən Nadir Qafarzadə danışdı.

Ötən gün şəxsi İnstaqram səhifəsində vəfat etmiş rep ifaçısı Hüseyn Dərya barədə xoşagəlməz sözlər ifadə edən Nadir Qafarzadə danışdı.

İfaçı bu gün yerli radiostansiyalardan birində yayımlanan verilişə canlı telefon bağlantısı ilə qoşularaq dediklərinə aydınlıq gətirib.

Həm sənət aləmində, həm də adi insanlar tərəfindən qınaq obyektinə çevrilən Nadir həyatını itirən Hüseyndən üzr istəyib. O, “Ölüb, cəhənnəmə ölüb! Böyük iş olub?" sözlərinin doğru olmadığını bildirib:

“Hüseyn Dərya ilə həyatda ikən tanışlığım olmayıb. Onun kimi insanlardan qaçmışam, sadəcə olaraq bizim yaşam tərzimiz fərqli idi. Onunla bircə dəfə üz-üzə gəlmişəm, Sumqayıt televiziyasında qonaq idim, içəri pis geyimdə biri girdi və məndən pul istədi, verdim. Çıxandan sonra soruşdum ki, bu kimdi? Dedilər: "Hüseyn Dərya". Pis oldum".

Bundan əlavə olaraq Nadir Qafarzadə rep ifaçısının ünvanına dediyi sözləri etiraf edib: "Düzdü, onun haqqında “Ölüb, cəhənnəmə ölsün!” ifadəsini demişəm. Amma məni bu həddə Hüseynin pərəstişkarları çatdırdı, onlar məni qalmaqala sürüklədilər! Dediyim sözün arxasında dururam. O pərəstişkarlardan soruşmaq istəyirəm, bu vaxta qədər harda idiniz? Niyə Dəryaya lazım olanda yanında deyildiniz? İnsan öləndən sonra necə qiymət verirmişlər?! Özümü Hüseynin ruhu qarşısında günahkar hiss edirəm. Onun ruhundan üzr istəyirəm, başqa heç kimdən...”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm