Tabloid.az
Həsənağa Turabovun 75 illik yubileyi qeyd olunacaq
Bu ilin martında Azərbaycanın böyük sənətkarı, xalq artisti
Həsənağa Turabovun (1938-2003) anadan olmasının 75 ili tamam
olacaq.
Bu münasibətlə Dövlət Film Fondunun təşkilatçılığı ilə tədbir
keçiriləcək. Tədbirdə mərhum sənətkarın özünəməxsus yaradıcılıq
yolundan söz açılacaq və çəkildiyi filmlərdən epizodlar nümayiş
olunacaq.
Səhnə fəaliyyətinə başladığı ilk illərdən lirik-psixoloji üslubu ilə seçilən H.Turabov qısa müddətdə Azərbaycan və dünya dramaturqlarının əsərlərində baş rolların ifaçısı kimi teatrın aparıcı sənətkarlarından birinə çevrilib. O, Azərbaycan aktyorluq məktəbinin ənənələrini ləyaqətlə davam etdirərək fitri istedadı, zəhmətsevərliyi və yüksək səhnə mədəniyyəti sayəsində yaratdığı rəngarəng və dolğun obrazlarla milli teatr sənətimizi zənginləşdirib. H.Turabov öz bənzərsiz oyunu ilə Azərbaycan kinosunda yaddaqalan obrazlar yaradıb.
Mərhum sənətkar yaratdığı Gəray bəy, Qaçaq Nəbi rolları ilə
əbədi olaraq tamaşaçıların yaddaşlarında yaşayır. Sənətkar 15 il
Azərbaycan Dövlət Akademik Milli Dram Teatrına rəhbərlik edib,
ömrünün son günlərinə qədər Teatr Xadimləri İttifaqının sədri olub.
Mənalı ömrünü Azərbaycan milli teatr və kino sənətinin inkişafına
həsr etmiş məşhur aktyor öz məktəbini yaradıb.
Görkəmli sənətkar 2003-cü il fevralın 23-də dünyasını
dəyişib.
baku-art.az
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!