Flora Kərimova: “Hələ ölməmişəm ki, belə edirsiniz” - Video
Bizi izləyin

Tabloid.az

Flora Kərimova: “Hələ ölməmişəm ki, belə edirsiniz” - Video

“Mən hələ diriyəm, mən ölməmişəm ki, belə edirsiniz!”

Bu sözləri Xalq artisti Flora Kərimova “Axar.az”a verdiyi açıqlamasında həyat yoldaşı tərəfindən ona həsr olunan “Söz olmasaydı” mahnısının müğənni Abbas Bağırov tərəfindən oxunmasına münasibət bildirərkən deyıb: “Həyat yoldaşım tərəfindən mənə beş, altı mahnı həsr olunub. Bəzi müğənnilər mahnını oxuyurlar, amma düzgün ifa etmirlər. O da mənə çox ağır gəlir, ya sözlərini dəyişirlər, ya da musiqisini alt-üst edirlər. Bunlardan biri də Abbas Bağırovdur. Mahnını gözəl ifa edib, ancaq mahnıda musiqinin yerlərinin dəyişib, düzgün oxumayıb. Mən heç vaxt demərəm ki, mənim mahnılarımı oxuma, amma oxuyursansa, müraciət elə. Bu haqda danışmaq mənə çox çətindir, çünki bəstəkarın ruhu inciyir. Mən bəstəkarın və ailəsinin adından deyirəm ki, belə şey eləməyin. Əgər belə şey edirlərsə, ayıb olsun. Siz Azərbaycan musiqisinə zərər gətirirsiniz. Mən diriyəm, hələ ölməmişəm ki, belə edirsiniz!”.

Mən heç kəsdən icazə almalı deyildim Müğənni Abbas Bağırov isə mahnını düzgün oxuduğunu və bəstəkardan icazə aldığını bildirdi: “Mahnını beş il bundan əvvəl oxumuşam. Bəstəkardan icazə almışam, əcəb edib oxumuşam. Mən heç kəsdən icazə almalı deyildim, musiqidə də heç nəyin yerini dəyişməmişəm. Mahnını əla oxumuşam, sözləri və musiqisi də yerindədir. Bəstəkar da mənə zəng vurub mahnının xeyir-duasını verib. Flora xanım özü də dəfələrlə məni görəndə mahnını çox gözəl ifa etdiyimi bildirib. Bəs indi nə oldu?”.

Abbas Bağırovun ifasında:

Oxumağa davam et
Reklam
Reklam

Gündəm