Acun Adriana Lima ilə müqavilə imzaladı
Bizi izləyin

Tabloid.az

Acun Adriana Lima ilə müqavilə imzaladı

Türkiyəli teleaparıcı, bir çox layihənin rəhbəri Acun Ilıcalı, keçən il satın aldığı "TV8" kanalında yeni müsabiqə proqramı hazırlayır.



Teleaparıcı artıq bununla bağlı Viktoriya Sekretin mələklərindən biri, braziliyalı model Adriana Lima ilə danışıqlara başlayıb.



Dünən gecə dəbdəbəli restoranların birində Acun Ilıcalı ilə görüşən Adriana Lima və meneceri müqaviləni imzalamağa razılıq veriblər.



Supermodel ingilis dilində aparıcılıq edəcək. Proqramın dublyaj olunacağına, yoxsa subtitrlərlə yayımlanacağına hələ qərar verilməyib. Ancaq Adriana Lima artıq türk dilini öyrənməyə başlayıb.



O ki qaldı layihənin formatına.. Format yenə müsabiqədi. Amma bu dəfə gənc modelyerlər yarışacaqlar. Qalib modelyerin libaslarını ilk dəfə Adriana Lima geyinəcək./Axşam.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm