• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Samiraldodan şok etiraf: “Kişi paltarı geyinir, amma arvad kimi…”

Samiraldodan şok etiraf: “Kişi paltarı geyinir, amma arvad kimi…”

Həmsöhbətim məşhur stilist Samiraldodur. Çoxdandır gözə dəymir, olmaya şou-biznesdən uzaqlaşıb. Amma yox, sən demə, başı qarışıqmış. Şou-biznesin stilni stilisti Samiraldo plastik əməliyyat etdirdiyi üçün öz hücrəsinə çəkilibmiş. Dediyinə görə, nə vaxtsa üzünə vurdurduğu gelin nəticəsində özündə kompleks hiss edən stilist həmin geli götüzdürüb. Həm də elə fürsət varkən, qırışlarla xüdahafizləşib. Bu qırışların ucbatından həmişə eynəkdə gəzən Samiraldo həm də eynəkdən xilas olub. Gəlin bütün bunları öz dilindən eşidək.

“Əməliyyat zamanı ölə də bilərdim”

- Çoxdandır görünmürsən, olmaya şou-biznes aləmindən uzaqlaşmısan?

- Yox, görünməməyimin səbəbi var idi. Plastik əməliyyat olunmuşam və əməliyyatdan sonra ilk dəfə olaraq sizin qarşınıza çıxıram. Üzümdə müxtəlif əməliyyatlar olundu, gözlərimin artında olan qırışları götüzdürdüm. Görürsünüz, üzüm necə hamar və qırışsızdır. Əvvəllər həmişə eynəkdə gəzirdim. Çünki üzümdə olan bəzi qüsurlar məni kompleksə salırdı. Amma indi özümü daha rahat və xoşbəxt sayıram. Eynəksiz gəzirəm. Əvvəllər üzümə vurulan gelin fəsadları hiss olunurdu, o gel üzümü aşağı dartırdı. Bu əməliyyat zamanı həm də o gel götürüldü üzümdən.

- Harda olundu əməliyyat?

- Türkiyədən gələn həkimlər bu əməliyyatı Bakıda etdilər. Çox çətin əməliyyat oldu. Baxmayaraq ki, narkoz almadım, çünki ürəyimdə problemlər var. Bununla belə əməliyyat zamanı kritik hallar yaşandı, bunu mənə sonradan həkimlər dedilər. Həyatımla vidalaşa da bilərdim, amma şükür ki, salamat qurtardım. Hər halda, sənət adamıyam və gözəllik də bilirsiniz ki, qurban tələb edir.

“Sən kişisənsə, kompleksə düşməməlisən”

- Bir çoxları kişilərin plastik əməliyyat keçirməsinə pis baxır…

- Mən əgər səhnə adamıyamsa, cavan görünməliyəm. Lazım gələrsə, dodaq boyası da çəkərəm, dırnaq boyası da. Mən Samiraldoyam və belə də olmalıyam. Hər şey insanın mahiyyəti ilə ölçülür. Kişi paltarı geyinmək şərt deyil. Şou biznesdə o qədər kişi paltarı geyinən, amma arvad kimi danışan müğənnilər var ki… Hansı ki, onlar mənə pis baxırlar, efirə çıxıb özlərini əsl kişi kimi təqdim etməyə çalışırlar. Əgər sən əsl kişisənsə, kompleksə düşməməlisən. Daxilən necəsənsə, elə xaricən də elə görünməlisən.

- Səncə, şou-biznesdə neçə faiz belə dırnaqarası kişilər var?

- İstəmirəm bu müsahibədən sonra onlar mənim üstümə düşsünlər. Sadəcə, ona təəsüf edirəm ki, belə müğənnilər çoxdur. Mən açıq fikirli insanları sevirəm, hesab edirəm ki, insan necə varsa, elə də olmalıdır. Qırqovul kimi başına kolluğa soxmusan, amma hər kəs sizin necə olduğunuzu gözəl bilir.

“Onları evimdə gizlətmişəm”

- Bir ara saçını qırxdırıb keçəl olmuşdun. Amma indi görürəm ki, saç saxlayırsan…

- Keçəl olmaq mənim əvvəlki imicim idi. Artıq uzun saçlarda görünəcəyəm. Londandan mənim üçün yeni pariklər gətiriləcək. Əməliyyatdan sonra parik geyinmək olmaz, amma bir aydan sonra üz quruluşuma uyğun pariklərdə görəcəksiniz məni.

- Bir dəfə mənə qadın libasları geyinərək layihə təqdim edəcəyini demişdin, noldu bəs?

- Bunu hər zaman edə bilərəm. Sadəcə, bura Azərbaycan olduğuna görə onları evimdə gizlətmişəm. Yavaş-yavaş həmin libasları öz əynimə geyinib məclislərdə, efirlərdə təqdim edəcəyəm.

“Buna görə döyülmüşəm”

- Bax bucür həyat tərzi, geyimlər, qlamur stil-heç cəmiyyətin, insanların təpgisi ilə qarşılaşırsan? Ümumiyyətlə, bu həyat tərzi sənə mane olurmu?

- Hədsiz dərəcədə. Bəzən bezirəm. Mən polis, deputat deyiləm, stilistəm və stilistin öz görünüşü, fərqli imici olmalıdır. Bütün dünyada bu belədir. Amma mən hər addımıma görə əziyyət çəkirəm. Öz həyatımı rahat yaşaya bilmirəm. Təhqirlər, təzyiqlərlə qarşılaşıram. Çalışırlar ki, həyatıma girsinlər, bu da mənə xoş deyil. Çox vaxt evimdən bayıra çıxa bilmirəm. Sıxılıram. Əvvəl bəlkə də ən böyük arzum idi ki, tanınım, populyar olum. Amma indi bu məşhurluq məndə kompleks yaradır. Cəmiyyət arasına çıxmağa utanıram. İnsanlar çox aqressiv olublar. Həmişə həyatım təhlükədə olub. Hətta dəfələrlə məni döymək istəyiblər, döyülmüşəm də. Bax bu saat səninlə danışıram, ürəyimdə xoflanıram ki, kimsə məni güdür. Hər an hazırlıqlıyam ki, kimsə mənə təxribat edə bilər. Çünki dəfələrlə belə olub. Amma bu barədə heç kimin yanında danışa bilmirəm. Bəzi şou əhli var ki, özləri özlərini reklam etmək üçün yalandan ssenarilər uydururlar. Efirə çıxıb hay-həşir salırlar. Amma mən olan hadisələri belə danışıb, özümü piar etmirəm.

“Samiraldodan erotik şou”

- Şou-biznes adamları tərəfindən təxribatlar olur sənə, yoxsa sıradan adamlar tərəfindən?

- Hamısı mənim həmkarlarımdır. Mən təkəm. Məndən ikincisi yoxdur. Yalnız Azərbaycanda yox, dünyada mənim kimi stilist yoxdur. Valideynlərim, arxamda duran adamlar yoxdur, bütün uğurlarıma təkbaşına nail olumşam. Göydə Allahdan yapışmışam, Allaha güvənmişəm.

- Hansı müğənnilərlə işləyirsən?

- Hazırda müğənnilərlə çalışmıram. Böyük bir layihə üzərində çalışıram. Bir müddət öncə özümü aktyor kimi sınadım. “Göyçək Faitimə” və “Həyat çiçəyi” serialında oynadım. Fəxrəddin Manafov kimi gözəl aktyorumuzla eyni filmdə çəkildim. Mən həmin filmlərdə özümü oynamışam. Hazırda bir musiqi şirkətindən təklif almışam. Azərbaycanda qeyri-adi bir şou hazırlayıram. Orda mən müğənni kimi özümü sınayacağam. Layihəyə əsasən üç erotik mahnı ifa edəcəyəm.

“Bu sirri aça bilmərəm”

- Qorxmursan ki, buna görə təzyiqlərlə üzləşəsən?

- Yox, çünki bu səhnədir. Mənim geyimlərimi Fransadan gətirəcəklər. Şirkət maliyyə xərclərini özü çəkəcək. Hətta rəqqaslarım belə qadın paltarı geyinmiş oğlanlar olacaq. Təpgilər təbii ki, olacaq yəqin. Böyük bir müqavilə ilə reallaşacaq bir layihədir.

- Büdcəsi nə qədər olacaq?

- Bu kommersiya sirridir, rəqəm açıqlaya bilmərəm.

- Xanım müğənnilər arasında ən zövqlüləri hansılardır?

- Son vaxtlar xanəndə xanım Elnarə Abdullayevanın zövqünü bəyənirəm, tamamən yeni stildə geyinir. Rəqsanənin də geyimləri dəbli və zövqlüdür.

- Bəs zövqsüzlərdən kimlərin adını çəkərdin?

- Gəl bunun üstündən keçək. Onsuz da hamısı göz qabağındadır.

“Qorxub geri çəkildi”

- Onda kişi müğənnilərə keçək…

- Niyam Səlami, Elnur, Ramal, Faiq Ağayevin geyim stili hər zaman zövqlülüyü ilə fərqlənib. Onların geyiminə baxıb dincəlirəm.

- Bir ara Əlikram Bayramovla aranızda nəsə münaqişə yaranmışdı, barışdınız?

- Mən belə zövqsüz insanlardan danışmaq istəmirəm. Heç onları müğənni kimi dinləmirəm də. Mən gözəllik vurğunuyam, zövqlü insanlara canımı da qurban verərəm.

- Stilistlər arasında özünə kimlərisə rəqib görürsənmi?

- Qətiyyən. Onlar məndən qolrxub geri çəkildilər.

“Məni öldürmək üçün cadu etdiriblər”

- Küsülü olduğunuz həmkarlarınız varmı?

- Onlar həyatımdan silib atmışam, ar olsun onlara ki, həmişə quyumu qazırlar. Burdan onlara deyirəm ki, utanın, həyatımı qara etmək üçün cadugərlərə pullarınızı tökürsünüz. Hətta məni öldürmək üçün cadu etdiriblər.

- Bunu sənə kim deyib?

- Əvvəl yuxuda gördüm bunları. Sonra da mənə bunu dedilər. Amma heç narahat olmasınlar. Elə bir qabaqlayıcı iş görmüşəm ki, cadu mənə təsir etməz.

- Maraqlıdır, bəlkə bunu bizə də deyəsən?

- Yox, bu sirri açsam, o tilsim qırılar. Mənə daha böyük pisliklər edə bilərlər.

Cəvahir Səlimqızı

Fotolar müəllifindir

Xəbər lenti

DAHA ÇOX XƏBƏR