• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Faiq Ağayev: "Hazırda tək olsam da, hər an sevə bilərəm"

Faiq Ağayev: "Hazırda tək olsam da, hər an sevə bilərəm"

Xalq artisti Faiq Ağayev Publika.Az-ın suallarını cavablandırdı:

-Xoş gördük.

-Xoş gününüz olsun.

-Bir neçə gün öncə Aygün Kazımova sizə titul verdi.

-“İllərin meydanı” titulunu mənə verməsi xoş oldu. Bilirsiz? Həmkar, o mətbəxi içdən bilən birisi deyəndə, üstəgəl dostumdursa, çox sevindiricidir.

-Görürəm dostluğa inanırsız?

-Heç kim heç kimə deyə bilməz ki, mənim hamı dostum ola bilər. Həm daxili, qəlb və düşüncə uyğunluğu olmalıdır. Belə insanları görəndə çox sevinirəm. Mən dostluğa dəyər verən, hətta ondan asılı olan birisiyəm.

-2014-cü ildə bizi nə ilə təəccübləndirəcəksiz?

-Deməli, “Dostlar” qrupu və Aygün Kazımoyla duetim olacaq. Solo konsertim, 3 yeni mahnım var, bəlkə də yeni klip çəkdirdim. Dostlar və Aygün Kazımovayla birgə duet, solo konsert, bəlkə də də yeni klip olacaq. Hal-hazırda 3 mahnı üzərində çalışırırq.Əvvəl klipləriniz fərqlənirdiIndi musiqi kanalımız yoxdur. Kliplərimiz az nümayiş olunur. Bu barədə bir az soyuqqanlıyam. Nə vaxt ki, kliplərimiz əvvəl olduğu kəmiyyətdə yayımlansa, məndə klip çəkdirərəm.Görürəm sosial şəbəkələrdə aktivsiz.Bəli, həm “facebook”, həm də “instagram”da aktivəm. Amma daha çox “facebook” da daha çox oluram.

-Sosial şəbəkə asılılıq yaratmır?

-Var, yadınızdadırsa, “facebook” da profilimi 1-2 həftəlik bağlamışdım. Ona görə etdim ki, görüm məndə asılılıq hiss olunacaq? Nəticəsi aşırıya yaxın oldu. Gərək nəzarətdə saxlayasan.

-Təxmini neçə oxunmamış mesajınız var?

-Bura gələndə 386 idi.

-Özünüzü sosial şəbəkə də mənfi rəylərdən necə qoruyursuz?

-Bura mənim məkanımdırsa, mənim qanunlarım keçir. Tərbiyəli birinin iradı varsa, onu saxlayacam. Amma bekar biridirsə, kompyuter və klavyaturadan başqa bir şey görmürsə, pozuram.

-Sevgiliniz var?

-Hal-hazırda təkəm. Bilmək olmaz, bəlkə elə indi vuruldum?

-İnsanları tanımaqda çətinlik çəkirsiz?

-İnsanları ilk görünüşdən tanıyıram. Artıq təcrübədir. İstər-istəməz müəyyən mənada mən psixoloqam. Həyatım boyu milyonlarca insan görmüşəm. Yəni, 25 illik bütün çıxışları üst-üstə qoysaq, bir neçə milyonu keçər.

-Duyğusal birisi kimi görünürsüz?

-Bəli duyğusalam. Amma hər yerdə bunu göstərmək olmur. Yaxınlarım, dostlarım, ən əsası etibar etdiklərim insanların yanında duyğusal ola bilirəm.

-Xəyanəti bağışlayarsız?

-Yeganə bir şeydir ki, onu bağışlamaram. Belə dostumda olsa, çox soyuqqanlılıqla həyatımdan silirəm.

-Etibar etdiyiniz insanlar var?

-Var, 20-25 illik dostlarım var. Təbii ki, etibar edirəm. Elə insan olub ki, evimin açarını verib, 1 həftəlik səyahətə getmişəm.

-Bu etibardan sui-istifadə edənlər olub?

-Olar da olub. Əstəğfürullah, heç kəs Peyğəmbər deyil. Hamının bir qüsuru ola bilər. Zəiflik edən insanları bağışlayaram. Hərdən məndə zəiflik edirəm. Müəyyən zəifliklər hamıda olur.

Elvin Elxan

Foto: Nuron

Xəbər lenti

DAHA ÇOX XƏBƏR