Azəri qızı Günelin vəsiqəsində doğulduğu yer Stepanakert, nişanlısı isə türkdür-FOTOLAR
Bizi izləyin

Tabloid.az

Azəri qızı Günelin vəsiqəsində doğulduğu yer Stepanakert, nişanlısı isə türkdür-FOTOLAR

“Azəri qızı Günelin vəsiqəsində doğulduğu yer Stepanakert, nişanlısı isə türkdür"

Onun adı son zamanlar mətbuatda daha çox hallandı. Keçmiş nişanlısı Rza Zərrabın həbs olunması xəbərləri ilə birgə adı hallanan Azəri qızı Günel söz-söhbətlərə son qoymaq üçün mətbuat konfransı keçirdi.

Qardaşı Tunar və jurnalist Şahin Cavadsoyun birgə qatılan Günelin mətbuat konfransında maraqlı hadisələr baş verdi. Belə ki, Şahin Cavadsoyun “Günelin vəsiqəsində doğulduğu yer Stepanakert” yazılıb deməsi, Günelin nişanlısının tədbirə qızıl güllər göndərməsi müzakirələrə səbəb oldu. Elə bizdə Güneli görüb, suallarımızı ünvanladıq:

- Günel açıqla görək mətbuatı başına yığmağının səbəbi nədir?

- Məqsədimiz əsas odur ki, inşallah regionlarımızda konsert proqramı ilə çıxış edəcəyik. Yeniliklərimiz haqqında danışmaq istəyirdim. Mənə, öncədən demək heç düşmür. Albom çıxartmağa hazırlaşıram. “Adı yok” mahnısı kimi tutarlı bir iş istəyirəm. Onun üçün yaradıcılığıma ara vermişdim.

- Reigonlarda konserti tək verəcəksən?

- Bu haqda düşünməmişəm. Ancaq burdan dəvət edirəm. Kim istəyirsə, gəlib konsertə qoşula bilər.

- Əslində sizin üçün bu bir bəhanə idi. Günel özü elə media ilə görüşmək istəyirdi?

- Mütləq, ( gülür) Mən istəmirəm özəl həyatım barəsində danışılsın. Kimlərinsə, reklamında adımın çəkilməsini istəmirəm. Təbii ki, siz maraqlanırsız. Amma bütün sənətçilərin özəl həyatı özünə məxsusdur. Sadəcə sənətim sizlərə məxsusdur. Bilin ki, mən xoşbəxtəm. Bilirəm, mənim pis olmağımı istəməzsiz. Mənim hər hansı bir ləkə etdiyimə inanmıram. Hamının xaricdə “səni tanıyırıq” - deməsi kifayətdir.

- Azərbaycan birdəfəlik qayıtmaq fikriniz var?

- Mən heç bir zaman sizdən küsmərəm. İnşallah vaxt keçər, 17 illik fəaliyyət göstərirəm. Ola bilər. Hələlik elə bir fikrim yoxdur.

- Nişanlı olduğunuzu qeyd etdiz.

- Bəli, artıq mən nişanlı birisiyəm. İnanc bəy elə mətbuat konfransında mənə güllər göndərib. Ancaq özəl həyat haqqında çox danışmaq istəmirəm.

- Özünüz elə özəl həyatı gündəmə gətirmək istəmədiyinizi qeyd etdiz. Ancaq İnanc bəy deyəsən gündəmə gəlmək istəyir?

- Yox, onun elə bir fikri yoxdur. Sadəcə olaraq, bura gül göndərməklə, hər zaman yanımda olduğunu bildirmək istəyib. O da Bakıda idi. Bu yaxınlarda Türkiyəyə yola saldıq.

- İnşallah nə vaxt toy olacaq?

- İnşallah, toy da olacaq. Bütün mətbuat orqanlarını dəvət edəcəm. Həm Türkiyədə, həm də Azərbaycanda olacaq. Təbii ki, bütün toyu çəkməyəcəksiz. Görüntüləri sizə verəcəm.

- Tunarla necə? İş birliyi etmək fikriniz yoxdur?

- İnşallah bir duet üzərində çalışırıq. Konsert vermək də istəyirik. Az bir zaman qalıb. Türkiyədə aranjıman olunub. Musiqisi Tunara məxsusdur. Sözləri isə sürpiz olsun.

Elvin Elxan
Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm