Flora Kərimova: “İki dəfə onu türmədən qurtarmışam” - Qalmaqal
Bizi izləyin

Tabloid.az

Flora Kərimova: “İki dəfə onu türmədən qurtarmışam” - Qalmaqal

Xalq artisti Flora Kərimova dayısıoğlu Cavanşir Məmmədov haqqında ilginc açıqlamalar verib.

Publika.az-a bu barədə danışan xalq artisti vaxtilə Cavanşir Məmmədova yaxşılıqlar etdiyini bildirib: “Rəhmətlik anam Cavanşirə çox yaxşılıqlar edib, onu texnikuma düzəldib, ona çörək qazanmaq üçün hətta qarmon da alıb. Mən Avtandil İsrafilovun qardaşı Nuşirəvandan ona dərs keçməsini xahiş etmişəm. Əsgərlikdə olduğu zamanı anam generalları qonaq çağırırdı, bunun nəticəsində də Cavanşir vaxtının yarısını evdə keçirirdi. Ancaq ona çörək verən bibisinin, onu 2 dəfə türmədən qurtaran bibisiqızının, yəni mənim anamın yasına 40-ı qurtaran ərəfədə gəldi. Özü də şıq geyinmiş, üzü qırxılmış halda. Sənətdə dünənki, heç kim tərəfindən tanınmayan uşağın mənə dediyi bu oldu: “Bibiqızı, mən sənət adamıyam”. Söhbət 1978-ci ildən gedir”.

Xalq artisti Nadirlə Cavanşir arasında yaranan qalmaqal zamanı da ona kömək etdiiyni bildirib:

“Nadirlə aralarında o biabırçılıq yarananda xalam qızı Həqiqət mənə zəng edib Cavanşirə kömək etməyimi xahiş etdi. O zaman onunla danışmırdım. Mən onu yanıma çağırıb efirdə özünü necə aprmasını başa çaldım. Hətta anamın, özümün zəhmətimdən keçib, ona öyrətdim ki, desin heç bir qadının əli ilə özümü sənətdə sübut etməmişəm. Bu yaxşılığıma cavab olaraq efirə çıxıb öyrətdiyim sözləri deməklə yanaşı bunu da dedi:”Bəzi adamlar dekolte geyinir, onu görmürlər?” O, məni nəzərdə tuturdu. 15-20 il əvvəl Nazpəri Dostəliyevanın konsertində ona müraciət edərək “Mənim nazlı pərim” sözlərimi indiyədək başıma qaxınc edir”.

Qaldı ki, C. Məmmədovun Qızıl Fonddan Flora Kərimova ilə oxuduğu duetləri yığışdırmasına, xalq artistinin cavabı belə oldu: “Sən kimsən axı, Qızıl Fonddan da nəyisə yığışdırasan? Sənin mənim hesabıma o fonda düşmək şansın var idi” .

Publika.az-ın məlumatına görə, Xalq artisti Flora Kərimova müğənni Cavanşir Məmmədovun bibisi qızı imiş. Tərəflər bunu uzun illər gizlin saxlayıblar. Vaxtilə bibisi Cavanşir Məmmədova ona ali məktəbə qəbul olmaqda və sənət aləminə gəlməyinə kömək edib. Hətta gənclik illərində Cavanşirlə Flora Kərimovanın duetləri də varmış. Lakin sonradan Cavanşir həmin lent yazılarını Qızıl Fonddan sildirməsi barədə də xəbərlər yayılıb.

Asya

Oxumağa davam et
Reklam
Reklam

Gündəm