İslam dünyası gənc klassik musiqi ifaçılarının III Beynəlxalq müsabiqəsinə milli seçim turu keçirilmişdir
Bizi izləyin

Tabloid.az

İslam dünyası gənc klassik musiqi ifaçılarının III Beynəlxalq müsabiqəsinə milli seçim turu keçirilmişdir

İslam dünyası gənc klassik musiqi ifaçılarının III Beynəlxalq müsabiqəsinə milli seçim turu keçirilmişdir

Aprelin 24-dən 26-dək Bakıda İslam dünyası gənc klassik musiqi ifaçılarının III Beynəlxalq müsabiqəsi keçiriləcək.

Bu müsabiqə İSESCO-nun, Azərbaycan Respublikasının Gənclər və İdman, Mədəniyyət və Turizm, Xarici İşlər nazirliklərinin dəstəyi, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının iştirakı ilə “Kainat” Gənclik Mərkəzi tərəfindən təşkil olunacaq.

Aprelin 7-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında Azərbaycandan bu müsabiqəyə qatılacaq iştirakçıların seçim turu olmuşdur.

Aprelin 24-də Bakı Musiqi Akademiyasında xarici ölkə nümayəndələrinin iştirakı ilə rəsmi açılış və beynəlxalq münsiflər heyəti qarşısında kiçik yaş qrupu üzrə xüsusi dinləmələr olacaq.

Böyük yaş qrupu üzrə dinləmələr isə aprelin 25-də Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının kamera və orqan musiqisi zalında keçiriləcək.

Aprelin 26-da bir qrup xarici ölkə nümayəndəsinin və təşkilat komitəsi üzvlərinin iştirakı ilə televiziya proqramında çıxışı, həmçinin xarici qonaqların paytaxtımızın görməli yerlərinə ekskursiyası təşkil ediləcək.

Axşam isə Bakı Musiqi Akademiyasında İslam dünyası gənc klassik musiqi ifaçılarının III Beynəlxalq müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçiriləcək.

Beynəlxalq tərkibli münsiflər heyəti tərəfindən müəyyənləşəcək qaliblər, hər yaş qrupu və musiqi sinfi üzrə 3 nominasiyada təltif olunmaqla yanaşı, “Qran-pri”də təsis edilmişdir. Beynəlxalq təcrübəyə əsaslanaraq “Qran-pri”nin sahibi üçün pul mükafatı nəzərdə tutulmuşdur. Əlavə olaraq 5 nəfər iştirakçıya isə həvəsləndirici mükafat təqdim ediləcək. Yer tutmuş qaliblər Gənclər və İdman Nazirliyi tərəfindən xüsusi diplomlarla təltif olunacaqlar.

Təşkilat komitəsi adından münsiflər heyətinin üzvləri də xatirə hədiyyələri ilə mükafatlanacaqlar. Bakı Musiqi Akademiyası Azərbaycan bəstəkarlarının əsərinin ən yaxşı ifa edən xarici ölkə nümayəndəsi üçün xüsusi mükafat və diplom təsis etmişdir.Təşkilat komitəsi adından isə ən kiçik iştirakçıya qiymətli hədiyyə və diplom veriləcək.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm