"Mətanət analiz verəcək, böhtan atanlar təzminat ödəyəcək" - ÖZƏL(YENİLƏNİB)
Bizi izləyin

Tabloid.az

"Mətanət analiz verəcək, böhtan atanlar təzminat ödəyəcək" - ÖZƏL(YENİLƏNİB)

"Mətanət qan analizi verəcək. Narkoman olmadığını sübut edəcək.

Görüm, həmin sübutdan sonra, bu şaiyəni yayan şəxslər bu böhtanın altından necə çıxacaq.

Vəkil tutacağıq, həmin şəxsləri külli miqdarda təzminat ödəməyə məcbur edəcəyik.

Çünki bu çox pis böhtandır".

Bunları əməkdar artistin bacısı Təranə xanım Publika.az-a söyləyib

"Anamı hamı yaxşı tanıyır. Nə qədər axmaq olasan ki, bu sözlərə inanasan. Boş şaiyələr anama ləkə gətirə bilməyəcək" .Bunu Publika.az-a açıqlamasında Mətanət İsgəndərlinin qızı Ülkər deyib.

Xatırladaq ki, AzNews.az olduqca ilginc siyahı əldə edib. Cəmiyyətdə şok effekti yaradacaq, narkotik aslılığından əziyyət çəkən sənət adamlarının adlarının qeyd olunduğu bu siyahını tam şəkildə çap etmirik. Amma həmin şəxslərin bu ziyanlı vərdişlərini sübut edən faktları əldə etdikcə, onları sizə təqdim edəcəyik.

İndiliksə narkotik asılılığından əziyyət çəkməsi barədə xeyli sübutların olduğu bir sənətçinin adını çəkməklə kifayətlənirik. Bu, tanınmış müğənni, respublikanın əməkdar artisti Mətanət İsgəndərlidir. Mənbənin sözlərinə görə, müğənnidə bu asılılıq onda təxminən on ildir ki, yaranıb.

Məlumata görə, M.İsgəndərlinin narkotiklərdən istifadə etməsi ABU-nun keçmiş rektoru Elşad Abdullayevin qardaşı, itkin düşmüş MTN zabiti Mahir Abdullayevlə münasibətlərinin yaranmasından sonraya təsadüf edir. Məlumdur ki, müğənninin adı Mahir Abdullayevlə bağlı açılmış cinayət işində də hallanırdı.

Xatırlatmaq yerinə düşər ki, hələ dörd il öncə sənətçinin keçmiş həyat yoldaşı da müğənninin zərərli vərdişlərdən əziyyət çəkdiyinə eyham vurmuşdu: "Mən Mətanəti evdən artıq onun hərəkətlərinə dözə bilmədiyim üçün qovmuşam. O zaman Mətanət müğənni deyildi, amma hər evə gələndə gözləri parıldayır və ağzından konyak iyi gəlirdi”.

Cəvahir

Oxumağa davam et
Reklam
Reklam

Gündəm