• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Mətanət narkotika ilə bağlı əsl həqiqəti açıqladı - ÖZƏL

Mətanət  narkotika ilə bağlı əsl həqiqəti açıqladı - ÖZƏL

Əməkdar artist Mətanət İsgəndərli bu gün haqqında yayılan xəbərlə bağlı ilk dəfə olaraq Publika.az-ın suallarını cavablandırdı.

Mətanət xanım onu da bildirdi ki, gün ərzində bu məsələ ilə bağlı yalnız bacısı danışıb. İlk dəfə olaraq özü bizim sayta açıqlama verdi.

- Sizcə, bu xəbəri kimlər yayıb?

- Mən hesab edirəm ki, bunu yazan sayt özünə reytinq qazanmaq naminə bu xəbəri yayıb. Amma həmin adamlara demək istəyirəm ki, reytinq qazanmaq xatirinə kiminsə qəlbinə dəymək, onu ləkələmək Allah yanında günahdır. Digər tərəfdən, məni gözü götürməyən insanlar da bu işin içində ola bilər. Məqsəd də məni gözdən salmaq, ləkələmək, şöhrətimə xələl gətirməkdir. Çünki Mətanət İsgəndərlinin adı-sanı, Azərbaycanla bir olan hörməti-izzəti var. Başqasını vurmaqla özünü qalib hesab etmək olmaz.

- Bu xəbəri sizə kim verdi?

- Yatmışdım, qızım məni yuxudan ayıltdı ki, ana, publika.az-dan jurnalist zəng edib, sənin haqqında gör nələr yazılıb. Qızım Ülkər yazılanları mənə oxuyanda güldüm. Həm də əsəbiləşdim. Çox gülünc söhbət idi. Adama elə ləkə vurarlar ki, heç olmasa, ona yapışsın. Mətanət İsgəndərlinin narkoman olması xəstə düşüncənin məhsulu ola bilər.

- Ailə üzvlərinizin bu xəbərə münasibəti necə oldu?

- Gəlinim, qızım, kürəkənim, oğlum Kərim çox əsəbiləşdi. Kərim mənə dedi ki, ana, belə cəfəngiyyata görə əsəbiləşmə. Çünki oğlum bilir ki, mən əsəbiləşən zaman təzyiqim yüksəlir.

- Sənət dostlarınızdan kimlərsə zəng edib dəstək oldularmı sizə?

- Yaxın dostlarım zəng etdilər. Hamısı o xəbəri yayanlara söyürdü. Hər kəs məni yaxşı tanıyır, bilirlər ki, mən necə bir həyat tərzinə malik qadınam. Mən heç siqaret də çəkmirəm. Kimsə yanımda siqaret çəkəndə tüstüsündən boğuluram, o ki, qala narkotika istifadəçisi olum.

- İndi neyləmək fikrindəsiniz?

- Bu xəbəri yayanları məhkəməyə verəcəyəm. Qoy qanun qarşısında cavab versinlər. Mən Azərbaycanın tanınmış, sevilən sənətkarıyam, heç kimin mənim imicimə xələl gətirməyə haqqı yoxdur. Əlində sübut, fakt olmadan mənə ləkə vurmağın nə olduğunu özləri biləcəklər. Mən bu işin axırına çıxacağam.

- Şou-biznesdə düşmən olduğunuz sənətçilər varmı, bəlkə onlar bu xəbəri yayıblar?

- Mən heç kimlə düşmən deyiləm. Heç vaxt ağlımdan da keçirmərəm ki, sənət dostlarım mənə zərbə vursunlar.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR