Bakı şəhər Şən və Hazırcavablar Klubları yarışmasının ilkin mərhələ görüşləri keçirildi
Bizi izləyin

Tabloid.az

Bakı şəhər Şən və Hazırcavablar Klubları yarışmasının ilkin mərhələ görüşləri keçirildi

Bakı şəhər Şən və Hazırcavablar Klubları yarışmasının ilkin mərhələ görüşləri keçirildi

Aprelin 7-8-də S.Vurğun adına Dövlət Rus Dram Teatrında Bakı şəhər Şən və Hazırcavablar Klubları yarışmasının ilkin mərhələ görüşləri keçirildi.

Bakı şəhər Şən və Hazırcavablar Klubu yarışmaları dövlət gənclər siyasətinin həyata keçirilməsi istiqamətində maraqların təmsil edilməsi, respublikanın ictimai, mədəni, sosial, iqtisadi həyatında gənclərin fəal iştirakının təmin edilməsi və əhalinin asudə vaxtının səmərəli təşkil edilməsi məqsədi ilə keçirilir.

Bakı şəhər Şən və Hazırcavablar Klubu yarışmalarına 10 komanda qatılmışdır. Belə ki, Binəqədi rayonunun “Bineyi - qədim”, Xəzər rayonunun “Ekspromt”, Suraxanı rayonunun “Atəşgah”, Xətai rayonunun “Ağşəhərlilər”, Sabunçu rayonunun “Rahat kainat”, Nəsimi rayonunun “Sürpriz”, Nərimanov rayonunun “Adrenalin”, Qaradağ rayonunun “Qaradağ”, Nizami rayonunun “Kreativ” və Yasamal rayonunun “Yasamal hazırcavabları” komandaları birincilik uğrunda mübarizə aparırdı. Görüşdə 6 komanda Xəzər rayonunun “Ekspromt”, Suraxanı rayonunun “Atəşgah”, Sabunçu rayonunun “Rahat kainat”, Nəsimi rayonunun “Sürpriz”, Yasamal rayonunun “Yasamal hazırcavabları” Qaradağ rayonunun “Qaradağ” komandaları yarımfinala vəsiqə qazandı.

Münsiflər heyətində Mədəniyyət və Turizm Nazirliyinin Dövlət əhəmiyyətli tədbirlərin təşkili və yaradıcı gənclərlə iş sektorunun müdiri Mənzərxanım Nurəliyeva, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin rəis müavini İsmayıl Hüseynov, aktyor, teatr rejissoru, ssenari müəllifi, Əməkdar artist Loğman Kərimov, Azərbaycan Dövlət Pantomim Teatrının yaradıcısı və baş rejissoru, Azərbaycanın xalq artisti Bəxtiyar Xanızadə, aktyor, şoumen, naşir Bəhram Bağırzadə və Bakı şəhər Şən və Hazırcavablar Klubunun rəhbəri Samid Rzayev iştirak edib.

Qeyd edək ki, yarışların təşkilatçısı Mədəni Tədbirlərin Təşkili və Yaradıcı Gənclərlə İş üzrə Mərkəzin nəzdində yeni yaradılmış Bakı şəhər Şən və Hazırcavablar Klubudur. Bakı şəhər Şən və Hazırcavablar Klubları yarışmasının yarımfinalı sentyabr ayında keçiriləcək.

baku-art.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm