Nüşabə Ələsgərli ilə Manaf Ağayev arasında gizlin pul söhbəti
Bizi izləyin

Tabloid.az

Nüşabə Ələsgərli ilə Manaf Ağayev arasında gizlin pul söhbəti

Nüşabə Ələsgərli ilə Manaf Ağayev sən demə, qohum imişlər.

Publika.az-ın məlumatına görə, Manaf Nüşabənin oğlunun kirvəsidir. Bu barədə Nuşabə Ələsgərli danışıb. Müğənni xanım bunun tarixçəsini də xatırladıb: “Bir vaxt mən efirdə dedim ki, oğlumun sünnət toyuna İbrahim Tatlısəsi gətirmək istəyirəm. Manaf o zaman mənə zəng edib, bildirdi ki, nə vaxt istəsən, mən səninlə Türkiyəyə gedib İbrahimlə danışaram. Qardaş kimi hər zaman mənim yanında olcağını söyləyən Manaf sözünə əməl etdi. Sonra da mən Manafı oğlumun kirvəsi tutdum”.

Sən demə, Manaf Tatlısəsi Bakıya gətirəndə Nüşabəyə maddi kömək də edibmiş. Amma o, bu barədə danışmaq istəmədiyini bildirdi.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm