Mətanətin ittihamlarına CAVAB
Bizi izləyin

Tabloid.az

Mətanətin ittihamlarına CAVAB

“Mətanət İsgəndərli haqqında yazdığımız informasiyanın səhihliyinə inanıram, əgər bu informasiyanın həqiqiliyinə məndə şübhələr çox olsaydı, onu təbii ki, sayta yerləşdirməzdim. Ucuz sensassiyalar dalınca qaçan biri deyiləm".

Bu sözləri "Qafqazinfo"ya açıqlamasında "Aznews" saytının baş redaktoru Elçin Zahiroğlu deyib.

O, bu gün rəhbərlik etdiyi portalda əməkdar artist Mətanət İsgəndərlinin narkotik aludəçisi olması ilə bağlı yayılan xəbərə sənətçi tərəfindən verilən cavabı şərh edərkən belə deyib.

Baş redaktor eyni zamanda sənətçinin məhkəməyə müraciət etməsinin onun da marağında olduğunu qeyd edib: "Buyursun, məhkəməyə müraciət etsin. Biz də məhkəmədə iştirak edib, Mətanət İsgəndərlinin qanından analiz götürülməsi ilə bağlı vəsatət qaldıracağıq. Ekspertizanın nəticələri açıqlanandan sonra onun narkoman olmadığı məlum olarsa, üzr istəməyə belə hazırıq".

AzNews.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm