• USD 1,7430 +0,35% EUR 1,8487 -1,24%
    • GBP 2,1929 -0,21% RUB 0,0275 +0,36%

Kino ulduzlarını depressiyaya aparan yol

Kino ulduzlarını depressiyaya aparan yol

Aktrisa Enn Heteuey “Səfillər” filminin çəkilişi üçün özünü demək olar ki, aclığa düçar edərək tamamilə arıqlayıb və nəticədə də, istənilən mükafata sahib çıxıb.

Kino çəkilişləri və aktyorların həyatı heç də göründüyü kimi asan və rahat keçmir. Məşhurluq adına və mükafata yiyələnmək üçün çox şeylərini qurban verən aktyorlar ağır məşəqqətdən sonra buna nail olur. Belə ki, Publika.az sizə aktyorların kino çəkilişləri zamanı keçdiyi ağır yolu təqdim edir.

  1. “Göy-ən isti rəng” filmi

Rejissor Abdelatif Keşiş, aktrisa Lea Seydu və Adel Ekzarkopulos “Göy-ən isti rəng” filminə görə Qızıl Palma Budağı mükafatını alanda bir-birinin üstünə şığıyıb qucaqlaşıb öpüşürdülər. Lakin aktrisalar rejissor Keşişlə işləməyi dəhşətə bənzədir və sevmirdilər. Rejissor kino çəkilişləri zamanı ssenariyə uyğun olaraq aktrisa Leandan həqiqətən də, bir saat ərzində Adeli vurmağı tələb edib. Adel əlini şüşə qırığı ilə kəsərkən də, rejissor kino çəkilişini dayandırmayıb.

  1. “Ölüm sərtliyi” filmi

“Ölüm sərtliyi” filminin çəkilişi üçün rejissor Cuno Mak bir çox honkonqlu kino ulduzlarını sınaqdan keçirdib. Mak öz müsahibəsi zamanı deyir: “Mən həqiqətən də istəyirdim ki, baş qəhrəman depressiyaya düşsün. Aktyorun depressiyaya düşməsi üçün mən bir neçə həkimlərlə məsləhətləşdim və qəddar plan qurduq. Çəkiliş qrupunun üzvləri tez-tez aktyorun yuxusunu pozur, 3 ay müddətində həftənin 7 günü hər 2 saatdan bir 5 dəqiqədən də az danışmaq şərti ilə zəng edərək söhbətləşirdilər. Həmçinin, onu çox ciddi pəhrizə otuzdurdular: qara kofe, bişmiş tərəvəz və sudan başqa heç bir şey yeməsinə icazə yox idi. Üç aydan sonra budur, artıq depressiya içində idi.

  1. “Günbəz” filmi

Avstraliyalı rejissor Aaron Uilson “Günbəz” kinolentinin çəkilişi üçün onunla yatacaq baş rolun ifaçısını axtarırdı. Bunun üçün əvvəlcə aktyor seçimi keçirilirdi. O, namizəd aktyorlardan yalnız oturub bu fürsəti düşünməyi təklif etdi. Bu zaman isə rejissor heç bir şərh bildirmədən, xəbərdarlıq etmədən 12 dəqiqə müddətində onları kameraya çəkdi. Bir çoxları özlərini narahat hiss edərək əsəbiləşməyə başladı. Və son anda baş rolu ifa etmək içlərində özünü ən soyuqqanlı göstərən yeni zelandiyalı aktyora nəsib oldu.

  1. “Cazibə” filmi

“Kosmik işığı” yaxşı çəkmək üçün “Cazibə” filminin rejissoru Alfonso Kuaron aktrisa Sandra Balloku işıqlı qutuya salır. Aktrisa çəkiliş qrupu ilə yalnız qulaqcıq vasitəsi ilə əlaqə yaradırdı. Onu qutudan çıxartmaq çox zəhmətli proses idi və buna görə də Ballak ardıcıl olaraq hər 9-10 saatını işıqlı qutuda keçirirdi. Lakin buna görə rejissoru günahlandırmaq əbəsdir, çünki Ballak özü bu ağır iş rejiminə razı olaraq Oskar mükafatına gedən yolu özü üçün təmin edib.

  1. “Dallas alıcılarının klubu” filmi

“Dallas alıcılarının klubu” filmində QİÇS xəstəliyinə düçar olmuş şəxsin rolunu ifa etmək üçün aktyor Metyu MakKonahi 25 kilo ataraq “Səfillər” filmində çəkilmiş Enn Heteueydən də çox arıqlayıb. Aktyor pəhriz üçün öz roluna görə arıqlayan Tom Henkslə (nəticədə ikinci dərəcəli şəkər xəstəsinə çevrilib) məsləhətləşib. Həmin kinoda digər QİÇS xəstəsinin rolunu ifa edən Cared Leto isə 15 kq atıb.

  1. “Nəhənglər dərəsi” filmi

1919-1920-ci illərdə Hollivudun ulduzu sayılan yaraşıqlı Uollas Rid çəkiliş zamanı iki qatarın toqquşmasından xəsarət alır. Onun işləməsi üçün ağrıkəsici kimi morfin psixotrop maddəsi verilirdi. Nəticədə aktyor narkotik vasitələrindən asılılığı artdı və sonda onu əyyaşa çevirdi. O, 32 yaşında xəstəxanada vəfat edir.

  1. “Janna Darkın ehtirası” filmi

1928-ci ildə çəkilmiş “Janna Darkın ehtirası” filmində baş rolda fransız aktrisası Rene Falkonetti oynayır. Ekranlarda o, əziyyət verilibmiş kimi görsənir və buna da səbəb var. Rejissor Karl Dreyer Renein aktrisanın simasında lazımi üz cizgilərini almayınca daş döşəmədə diz üstündə qalmağı məcbur edib. Bundan sonra aktrisa o qədər əldən düşdü ki, bir daha filmə çəkilmədi.

  1. “Frankenşteyn” filmi

Aktyor Boris Karlof Frankenşteyn filmini canlandırmaq üçün hər gün 4 saat qrim edərdilər. Vizajist Cek Pirs deyib ki, aktyor boynuna bərkidilmiş boltla 864 saat keçirməklə yanaşı, Frankenşteynin beyninə aparan tok üçün onurğasına bərkidilmiş 2,5 kq ağırlığında olan poladı daşıyardı.

  1. “Cəngəllikdən olan Cim” filmi

70 il bundan qabaq da, aktyorlar üçün çəki əsas problem idi. Təcili sürətdə arıqlamalı olan aktyor pəhrizdən yox, ağır stressdən çəkisindən iki dəfə artıq arıqlayır.

  1. “Rebekka” filmi

Rejissor Alfred Hiçkok heç bir zaman aktyorlara qarşı insanpərvərliyi ilə seçilməyib. “Rebekka” filmində aktrisa qorxu və tənhalığı çox gözəl təcəssüm etdirib, çünki sözün əsil mənasında çəkiliş qrupu aktrisanı o vəziyyətə gətirib. Aktrisanın iyirmi birinci ad günününə çəkiliş komandasından heç kim gəlmədi. Səbəb isə aktrisanın ekranlarda canlandırdığı əsəb və həyəcan idi, bu, onun həqiqi həyatına da sirayət etmişdi.

Camalə

Xəbər lenti

DAHA ÇOX XƏBƏR