Gəncədəki Heydər Əliyev xatirə muzeyində 750-dən artıq eksponat var
Bizi izləyin

Tabloid.az

Gəncədəki Heydər Əliyev xatirə muzeyində 750-dən artıq eksponat var

Görkəmli dövlət xadimi, ümummilli lider Heydər Əliyevin Gəncədəki xatirə muzeyi ildən-ilə zənginləşir. 2005-ci ildə istifadəyə verilən muzey 630 kvadratmetr sahəni əhatə etməklə iki ekspozisiya salonundan ibarətdir.

Muzeyin direktoru Aynur Əsədova AzərTAc-a bildirib ki, fəaliyyətə başladığı dövrdə burada cəmi 190 eksponat var idi. Hazırda bu rəqəm 757-yə çatdırılıb. Muzeyin zənginləşdirilməsində Heydər Əliyev Fondu yaxından iştirak edir. Muzeyə gələnlər burada ulu öndərin xüsusi geyimlərinə, uşaqlıq və gənclik illərində, Azərbaycana rəhbərlik etdiyi dövrlərdə keçirdiyi görüşləri, 1969-1982-ci illərdə Gəncə şəhərində bir sıra obyektlərin açılış mərasimlərindəki iştirakını əks etdirən foto-şəkillərə baxırlar.

Bu müqəddəs ocağı hər il 20 mindən artıq insan ziyarət edir.

Burada qoyulmuş xatirə kitabında yüzlərlə dövlət xadiminin imzası var. /Azərtac/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm