• USD 1,7369 +0,17% EUR 1,8625 -0,14%
    • GBP 2,1995 -0,47% RUB 0,0272 +0,37%

Narkoman olduğu deyilən Mətanət İsgəndərli nəvələri ilə - FOTOLAR

Narkoman olduğu deyilən Mətanət İsgəndərli nəvələri ilə - FOTOLAR

Son günlər ətrafında yaranan qalmaqallı xəbərlərdən təngə gələn əməkdar artist Mətanət İsgəndərlinin yeni fotoları yayılıb.

İfaçı nəvələri ilə birlikdə gəzintidə olarkən kameralara görüntülənib. Mətanət İsgəndərli onun dünyasına işıq saçdığlarını bildirən nəvələri ilə əylənərkən çəkilən şəkilləri şəxsi Facebook səhifəsinə yerləşdirib. İfaçının həmin görüntüləri hər kəs tərəfindən maraqla qarşılanıb. Pərəstişkarları şəkillərin altından xoş sözlərini bildiriblər.

Xatırladaq ki, ötən günlərdə xəbər saytlarında Mətanət xanım barədə şok məlumatlar yayılıb. Narkotik asılılığından əziyyət çəkən sənət adamlarının siyahısında ifaçının da adı olduğu bildirilib. Məlumata görə, M.İsgəndərlinin narkotiklərdən istifadə etməsi ABU-nun keçmiş rektoru Elşad Abdullayevin qardaşı, itkin düşmüş MTN zabiti Mahir Abdullayevlə münasibətlərinin yaranmasından sonraya təsadüf edir.

Yayılan məlumatlardan əsəbiləşən Mətanət xanım bu sözləri bildirib: “Nəyə əsasən bu sözləri danışırlar?! Onlara kim ixtiyar verib bu sözləri deməyə? Mən həmin şəxsi tapsam, saçlarından tutub sürüyəcəm. Bu, bağışlanılmaz yalandır. Məni xalq tanıyır, bilir ki, mən necə biriyəm. Kim görüb məni narkotik istifadə edərkən? Ayıb olsun sadəcə”. /Anspress/

Xəbər lenti

DAHA ÇOX XƏBƏR