Keçmiş “Şeronçu”nun klip çəkilişləri zamanı başına iş gəldi
Bizi izləyin

Tabloid.az

Keçmiş “Şeronçu”nun klip çəkilişləri zamanı başına iş gəldi

Keçmiş “Şeronçu” Yaşar Yusub sənət dostlarını başına yığıb “Sən deyilsən” adlı klipinin təqdimatını etdi. Publika.az-ın məlumatına görə, klip rejissor Xavər Ramazanlının yozumunda ərsəyə gəlib. Onu da öyrəndik ki, klip çəkilişləri zamanı ekstremal anlar yaşanıb. Hava həddən artıq soyuq idi. Çəkilişlər zamanı bir neçə dəfə kameranı saxlayıb gözləməli olduq. Yaşar soyuqdan donurdu. Amma nəticədə uğurlu iş alındı.

Qeyd edək ki, Xavər müğənni Leyla Ramazanlının bacısı və kliplərinin rejissorudur.

Klip təqdimatına gələn müğənnilərdən Ayaz Qasımov, Elçin Şipşirin, Leyla Ramazanlı, Emil Bədəlov Yaşarın klipi barədə yalnız tərif söylədilər. Yekun sözü yəqin ki, dinləyicilər söyləyəcəklər.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm