Müğənnilər əllərini boyadılar - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Müğənnilər əllərini boyadılar - FOTOLAR

Müğənnilər əllərini boyadılar - FOTOLAR

Peşəkar Psixologiya Mərkəzi autizmli uşaqlara dəstək olmaq üçün 28 Mall Ticarət Mərkəzində xeyriyyə konserti keçirib.

Publika.Az-ın məlumatına görə, tədbirdə mərkəzin direktoru Nuriyyə Quliyeva, Uşaq inkişaf klubunun direktoru Tahibə Quliyeva, psixoloq Vasif Ayan və müğənni Şölə Səfərəliyeva autizm haqda maarifləndirici məlumatlar veriblər.

Tədbirdə autizmli uşaqlara dəstək olmaq üçün tanınmış və gənc müğənnilər də iştirak edib.

Elariz Məmmədoğlu, Əbdül Xalid, Şölə Səfərəliyeva, Leyla İdrisova, Boris Bayramov, Gülay, Aysel Əlizadə, Vüqar Muradov, xanəndə Zemfira, Sadiq Məmmədov, “Səmum” qrupu, Ramilə Muradova, Ramil Xələfov və Emil öz ifaları ilə uşaqları sevindiriblər.

Sonda müğənni və mərkəzin işçiləri “Autizmli Uşaqlar Üçün Əl-Ələ” şüarı ilə öncədən hazırlanmış stendə əl izlərini qoyaraq autizmli uşaqlara dəstək olduqlarını göstəriblər.

Publika.Az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm