Erotik aktyordan xəbər var - Fotolar
Bizi izləyin

Tabloid.az

Erotik aktyordan xəbər var - Fotolar

“Muradına çatan Günəş” və “Sənə inanıram” seriallarının baş qəhrəmanını canlandıran kinoaktyor və kinorejissor Ruslan Sabirli özü bu barədə açıqlama verib:

“Almaniyada prodakşn-menecmenti üzrə təhsil aldım. Təhsil proqramına strateji və korporativ idarəetmə, personalın idarə edilməsi, biznes-proseslər və layihələrin maliyyələşdirilmiəsi və idarə edilməsi mövzularını əhatə edirdi.

Cəvahir Səlimqızı

Proqram çərçivəsində, eləcə də ARRI, ScanLine, Saxonia-Media, BTA və s. kimi qabaqcıl film prodakşnlarında praktik təcrübələr və görüşlər keçirdim, Bayern Film və TV Fondunda görüşlərim baş tutdu. Köln Beynəlxalq Kino Məktəbi, eləcə də Münxen TV və Kino Məktəbi məni çox isti qarşıladı.

Həmçinin TransMedia Günü - 2014 tədbirinə qatıldım. Tədbirin təşkilatçıları arasında Mediennetzwerk Bayern, Bayerisches Filmzentrum, Creative Europe Desk München, Transmedia Bayern e. v., Hochschule für Fernsehen und Film, Studienzentrum Filmtechnologie kimi tanınmış şirkətlər var idi. Bü tədbirdə New-Yorkdan olan amerikan rejissoru Lans Uaylerin master klassına qatılmaq imkanı verdi. Tədbirin sonunda professor Dr. Klaus Şefer, Tomas Sesner və digər qonaqlarla amerikan, belçika və avropa kino istehsalı perspektivləri barədə panel müzakirələrdə iştirak etdim.

Qeyd etmək istəyirəm ki, kinoaktyor və kinorejissor olaraq Almaniyada olduğum müddətdə qazandığım bilik və bacarıqları Azərbaycan kino istehsalı sahəsində istifadə etmək, Azərbaycan kinosunun inkişafına yönəltmək niyyətindəyəm. Daha maraqlı obrazlar yaratmaq, daha yeni layihələrlə tamaşaçıların qarşısına çıxmaq niyyətindəyən. Bundan əlavə Aktyorluq Kurslarını yenidən bərpa etmək niyyətindəyəm.”

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm