Xoşqədəm Hidayətqızına Rusiyadan sürpriz
Bizi izləyin

Tabloid.az

Xoşqədəm Hidayətqızına Rusiyadan sürpriz

Bu bazar “Səni axtarıram” verilişi ilə Rusiyanın “Jdi menya” ("Gözlə məni") verilişi arasında ilk telekörpü baş tutacaq.

Bu sözləri Publika.Az-a açıqlamasında verilişin aparıcısı Xoşqədəm Hidayətqızı deyib.

Onun sözlərinə görə, bu əməkdaşlıqla bağlı bir müddətdir hazırlıqlar aparılsa da, gecikməyə səbəb texniki məsələlər olub:

“Bu bazar efirdə dünyanın 5 ölkəsinə bağlanacağıq. Şabrandan həm bizə, həm də “Jdi menya” verilişinə müraciət edən Qəribağa kişinin axtarışı ilə bağlı məlumatlar veriləcək. Onun qızına qovuşub-qovuşmayacağını tamaşaçılar bu bazar izləyəcəklər”.

X.Hidayətqızı əməkdaşlığın necə yaranmasından da danışdı. Bildirdi ki, əməkdaşlq hər iki layihənin istəyi nəticəsində yaranıb:

“Həm biz dünyanın əfsanəvi proqramı ilə birlikdə olmaq istəyirdik, həm də “Jdi menya” verilişindən birlikdə işləməyimizi istəyirdilər. Çünki güclər birləşəndə daha böyük uğurlar əldə etmək olur. Nəzərə alsaq ki, bizim axtarışlarımızın böyük əksəriyyəti Rusiyadadır. Məhz bu səbəbdən də əməkdaşlığımız lazım idi. Ötən il razılıq əldə etdik, bu bazar da onun nəticəsində ilk telekörpü yayımlanacaq”.

Aparıcı xanım bu əlaqədən hər iki tərəfin gözləntilərinə də toxundu:

“Zaman-zaman qurulan telekörpülər “Səni axtarıram”ın axtarışlarına müsbət təsir edəcək. Çünki “Jdi menya” bütün dünyada əlaqələri, şöbələri olan proyektdir. Bizim də onlarla əməkdaşlığımız həmin ölkələrdəki işimizi sürətləndirəcək. Bu da bizim üçün böyük bir uğurdur. Ümid edirəm ki, yaxınlarını axtaran insanlar bu əməkdaşlıqdan yararlanacaq, yaxınlarına daha tez qovuşacaq. Nə vaxta qədər “Səni axtarıram” və “Jdi menya” var, əməkdaşlığımız da davam edəcək”.

X.Hidayətqızı verilişdə başqa yeniliklərin də olacağını dedi:

“Planımızda başqa yeniliklər var. Sadəcə, onu deyə bilərəm ki, bu, Afrika ilə bağlıdır. Tamaşaçılarımız bizi izləsinlər, yeniliklər çox olacaq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm