Səbinə Babayeva Röyaya mahnı yazıb, Rəqsanəni dəstəklədi
Bizi izləyin

Tabloid.az

Səbinə Babayeva Röyaya mahnı yazıb, Rəqsanəni dəstəklədi

Azərbaycanlı müğənni arıqladı, Röyaya mahnı yazdı, Rəqsanəyə dəstək çıxıb, həyat yoldaşından danışdı

Azərbaycanlı müğənni arıqladı, Röyaya mahnı yazdı, Rəqsanəyə dəstək çıxıb, həyat yoldaşından danışdı.

- Sizi uzun müddətdir görmürük.

- Bəli, amma indi gördüz. Yeni mahnım və klipim işıq üzü görüb. Rejissorluğunu Vüqar İslamzadənin etdiyi klip 3D qrafikası ilə çəkilib. Sözləri Malik Fərruxa, musiqisi Mikayıl Vəkilova aid olan bəstə müğənninin repertuarında Azərbaycan haqqında olan ilk mahnıdır. Böyük bir sevinclə dolu bir gündür. Bu layihəyə ürəklə yanaşmışam. Heydər Əliyev fondu, Gənclər və İdman Nazirliyini təşəkkürümü bildirirəm. Bu klipinin üzə çıxmasında mənə köməklik ediblər. Bir qrup şəklində bu iş ortaya çıxdı. “Ey Azərbaycanım” bəstəsini bir vaxtlar “Karvan” qrupu ifa edib.

- Eyni zamanda sizin həyat yoldaşınız da rejissordur.

- Cavidan da elə klip çəkən rejissorlar arasında olub. Montaj, fikirlər və bütün kadrlar Cavidanındır. Yəni, bir növ Cavidanın da əməyi keçib, çox sağ olsun.

- Bir növ ailə klipi olub.

- Demək olar ki, hə. (gülür)

- Cavidanla çox az əməkdaşlıq edirsiz. Bunun səbəbi nədir?

- Mən çox istəyirəm, amma o burcudur. (gülür) Deyir sən mənim həyat yoldaşımsan. Səndən heç nə tələb edə bilmirəm. Ona görə də, sənlə işləməyim çətin olacaq. Mən də deyirəm sənə qulaq asacam, nə desən onu da edəcəm. Yalvarıram ki, təzə mahnım var, gəl bu klipi çək. Hələ ki, söz verib.

- Hansı mahnı?

- “Eşq alovu” mahnısına klip çəkdirmək istəyirəm. Həyat yoldaşıma həsr etmişəm. İstəyirəm o da mənə klip çəksin.

- İfaçılığa fasilə edib, bəstəkarlığa atılmısız?

- Artıq mən bəstəkarlığa başlamışam. Sadəcə 2013-cü il mənim üçün böyük layihələrlə dolu olub. Bakı da çox az olmuşam. 2013-də heç Bakıda yaşamamışam. Amma dünyanı gəzərək, mənə çoxlu-çoxlu mahnılar gəldi. Hətta həmkarlarımlada bölüşmüşəm. Dedim hər birinizə mahnı paylayacam, oxuyun.

- Artıq seçimlərinizdə var.

- Bəli, yəni mən mahnıya baxıram, qulaq asıb deyirəm ki, bu Zamiqin, Röyanın stilindədir. Danışmışam, gözləyirlər.

- İlk mahnı kimə gəlir?

- İlk mahnı əlbəttə ki, özümə. ( gülür) Röyaya söz vermişəm, bu yaxınlarda görüşməliyik.

- Mahnılar təmənnasız olacaq?

- Əlbəttə təmannasız olacaq

- Duet olacaq?

- Duet əslində yazmışam. Bu haqda düşünürəm, o mahnıya uyğun səs axtarıram. Bəlkə Nurlan Növrəsli oldu. Çünki, onla da danışmışam.

- Rəqsanə də mahnı paylayır.

- (gülür) Çox yaxşı. Niyə də olmasın? Niyə kimsə həmkarlarıyla qırğın etsin? Dostlaşmaq lazımdır. Mahnı hədiyyə vermək lazımdır.

Elvin Elxan
Foto: Nuron

Oxumağa davam et
Reklam
Reklam

Gündəm