Musiqiçilərimiz Yunanıstanda xeyriyyə konserti veriblər
Bizi izləyin

Tabloid.az

Musiqiçilərimiz Yunanıstanda xeyriyyə konserti veriblər

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndə heyətinin Yunanıstana səfəri çərçivəsində aprelin 10-da Afina şəhərinin Teatr Kollecinin konsert salonunda Azərbaycan Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin xeyriyyə konserti k

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin nümayəndə heyətinin Yunanıstana səfəri çərçivəsində aprelin 10-da Afina şəhərinin Teatr Kollecinin konsert salonunda Azərbaycan Bakı Musiqi Akademiyasının Gənclər Kamera Orkestrinin xeyriyyə konserti keçirildi.

Publika.az Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin mətbuat xidmətinə istinadən xəbər verir ki, konsertdə Qara Qarayev, Niyazi, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Quliyev, Aqşin Əlizadə, Vasif Adıgözəlov, Fərhad Bədəlbəyli və digər görkəmli Azərbaycan bəstəkarları ilə yanaşi, dünya klassiklərinin də əsərləri tamaşaçılar tərəfindən gənclərimizin ifasında maraqla qarşılandı.

Konsertdə Yunanıstanın bir çox ziyalıları ilə yanaşı, YUNESKO-nun xoşməramlı səfiri xanım Marianna Vardinoyannis də iştirak edirdi.

Qeyd edək ki, konsertdən yığılan vəsait əlil uşaqların müalicəsinə xərclənəcək.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm