Röya hansı müğənnini özü kimi arıq görmək istəyir?
Bizi izləyin

Tabloid.az

Röya hansı müğənnini özü kimi arıq görmək istəyir?

Növbəti konsert proqramının məşqlərinə başlayan müğənni Röya onu müşayiət edən bek-vokallarından biri Sima Qasımovanın həzin səsini bəyənir. Hətta sənətçi Simanı özü kimi incə görmək istədiyini bildirib. Artıq çəkidə olmasa belə, Sima Qasımova Röyanın məsləhətinə qulaq asaraq, bir qədər arıqlamağa qərar verib.

“Xüsusi pəhrizə oturmamışam. Sadəcə, daha az və sağlam qidalanıram. Röyanın həm sənətdə, həm də dost olaraq fikirlərinə önəm verirəm. Hər gün konsertin məşqini edirik. İnşallah konsert sonrası da əməkdaşlığımız davam edəcək” – deyə Sima Qasımova bildirib.

Zəminə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm