Xoşqədəm Hidayətqızının verilişində - SENSASİYA
Bizi izləyin

Tabloid.az

Xoşqədəm Hidayətqızının verilişində - SENSASİYA

Azərbaycan efir məkanında ilk dəfə olaraq, “Səni axtarıram” verilişi eyni vaxtda 5 ölkə TV-si ilə telekörpü quracaq.

Azərbaycan efir məkanında ilk dəfə olaraq, “Səni axtarıram” verilişi eyni vaxtda 5 ölkə TV-si ilə telekörpü quracaq.

Bu barədə “Axar.az”a “Səni axtarıram” verilişinin prodüsseri Əli Vəliyev deyib. O, bu layihənin ilk dəfə keçirildiyini bildirib:

“Telekörpü Rusiyanın “Jdi menya” verlişi vasitəsilə həyata keçiriləcək. Bu aracılıqla da "Səni axtarıram" Ukrayna, Moldova və Qazaxıstan televiziyaları ilə də telekörpü quracaq. Onu da qeyd edək ki, verlişdə doğmalarını axtaran şəxs "Səni axtarıram"ın studiyasında olacaq. Axtarılıb tapılan şəxs isə "Jdi menya"nın studiyasında əyləşəcək ”.

Qeyd edək ki, veriliş bir neçə dəqiqə sonra yayımlanacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm