• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Nejat İşlərin barmaqları kəsiləcək

Nejat İşlərin barmaqları kəsiləcək

Yanvarın 17-də orqan çatışmazlığı və ağır sətəlcəm diaqnozu ilə xəstəxanaya yerləşdirilən aktyor Nejati İşlərin bu günlərdə yayılan fotoda əlinin qara rəngli parça ilə sarıqlı olması təəccüb doğurub.


3 aydır xəstəxanada müalicə alan məşhur türk aktyorunun uzun müddətdən sonra ayağa qalxması hər kəsi sevindirsə də, bu qaranlıq məqam çaşqınlıq yaradıb. Bu barədə aktyorun meneceri məlumat verib:

“Şok yaşadığı üçün Nejatın müalicə müddətində barmaqları daim sarıqda olub. Hələ ki, müalicə gedir və ümid edirik ki, nəticə verəcək. Barmaqları kəsilməsin deyə bütün cəhdlər ediləcək. İnşaallah, hər şey istədiyimiz kimi olar və Nejatın barmaqları kəsilmək məcburiyyətində qalmaz”.

Aktyorun ümumi vəziyyətinin xeyli yaxşı olduğunu deyən meneceri Nejat İşlərin daha 3 həftə xəstəxanada qalacağını söyləyib. /Axşam.az

Xəbər lenti

DAHA ÇOX XƏBƏR