Abbas efirdə Flora Kərimova ilə Brilliantı pərt etdi
Bizi izləyin

Tabloid.az

Abbas efirdə Flora Kərimova ilə Brilliantı pərt etdi

Müğənni Abbas Bağırov "Onlar" verilişində xalq artistləri Flora Kərimova və Brilliant Dadaşovaya ağzına gələni deyib.

Publika.az-ın məlumatına görə, Abbasın qəzəblənməsinə səbəb hər iki həmkarının onun barəsində efirdən danışması olub. Abbas bunun bir səbəbini də hər iki xalq artistinin İlhamə Quliyeva ilə küsülü olması ilə əlaqələndirib: “Mənim haqqımda danışırlar, qoy danışsınlar,deməli mən varam. İş-gücləri yoxdur də. Siz axı xalq artistlərisiniz. Niyə mənim varlığımdan narahat olursunuz? Mən sizə qarşı heç vaxt hörmətsizlik etməyəcəyəm, baxmayaraq ki, siz mənə qarşı hörmətsizlik etdiniz”.

Abbas iki həmkarına acıq da verib: “Mən İlhamə Quliyeva ilə başladım. O, böyük sənətkardır, istənilən adam çıxsın qabağına, onunla oxuya bilməz”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm