Əməkdar artist Emil Əfrasiyab Berklinin ən yaxşı tələbələrindən biri seçilib
Bizi izləyin

Tabloid.az

Əməkdar artist Emil Əfrasiyab Berklinin ən yaxşı tələbələrindən biri seçilib

Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin xətti ilə ABŞ-ın Boston şəhərində Berkli adına Ali Musiqi Kollecində təhsil alan Respublikanın əməkdar artisiti, klassik pionist Emil Əfrasiyab kollecdə təhsilini davam etdirməklə bərabər, eyni zamanda əlavə təhsil almaq üçün sənədlərini Global Jazz Music məktəbinə də təqdim edib. E.Əfrasiyabın verdiyi məlumata görə, onun müraciəti qəbul olunub və ona bu məktəbdə təhsil almaq imkanı yaradılıb. Belə ki, burada E.Əfrasiyab dünyaca məhşur piyanist, bəstəkar və ictimai xadim, UNİCEF-in xoşməramlı səfiri, UNESCO tərəfindən “Sülh artisti” titulu ilə təltif edilmiş, Berkli musiqi kollecinin ixtisas üzrə direktoru, Panama Jazz Festivalının təsisçisi və direktoru və nəhayət GRAMMY mükafatçısı, zəmanəmizin ən böyük cazmenlərindən biri Danilo Peresdən dərs alır.

Sonda Əməkdar artist onu da qeyd etdi ki, kollecin rəhbərliyi tərəfindən ona məktub ünvalanaraq, kollecin ən yaxşı tələbələri siyahısına düşdüyünü bildirmişlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm