Rus oliqarx Belluççini AST Telmanın əlindən aldı - FOTO
Bizi izləyin

Tabloid.az

Rus oliqarx Belluççini AST Telmanın əlindən aldı - FOTO

Rusiyalı oliqarx Mixail Proxorov Monikaya evlənmək təklif edib.

Dünyaca məşhur cütlük Monika Belluçi və Vensan Kasselin boşanmasıdan sonra sensasiyaya səbəb olacaq bir məlumat yayılmışdı. Cütlüyün boşanma xəbərindən sonra, Monika və Vensanın ayrılmasına səbəb kimi aktrisanın yeni eşqə düşməsi göstərilmişdi. İddialara görə, Belluçi həyat yoldaşından ayrılaraq azərbaycanlı milyarder Telman İsmayılovla görüşməyə başlayıb. Biznesmen və aktrisa atrıq neçə ildir tanışdır və Belluçi Telman İsmayılovun bütün tədbirlərində iştirak edib.

Azərbaycanlı milyarderin Belluçi ilə görüşmələri xəbəri dünya mediasının diqqət mərkəzindəydi. Elə onlar da münasibətlərinin olduğunu gizlətmirdilər. Elə bu fotodan da göründüyü kimi, münasibətləri olduqca isti olub. Dünən isə Rusiya mətbuatı sensassiya sayıla biləcək məlumat yayıb. Məlumata görə, rusiyalı oliqarx Mixail Proxorov Monikaya evlənmək təklif edib. Hətta rəsmi evlənmə təklifi belə göndərib. Təkliflə bərabər Proxorov Monikaya Nitsada villa dabağışlayıb.

Rus mediasına inansaq, Proxorovun belə təklifi Telman İsmayılov üçün gözlənilməz olub və o, qəzəblənib. Hətta Proxorovun yaxınlarına mesaj belə göndərib. Maraqlısı odur ki, Monika da Proxorovun təklifinə müsbət cavab verib. Cütlüyün toy mərasminin yayda keçiriləcəyi gözlənilir. /“Axar.az”

Oxumağa davam et
Reklam
Reklam

Gündəm