Mərhum bəstəkarın arzusu gerçəkləşdi - Fotolar
Bizi izləyin

Tabloid.az

Mərhum bəstəkarın arzusu gerçəkləşdi - Fotolar

Tanınmış müğənni Mila ölməz bəstəkarımız Şəfiqə Axundovanın arzusunun həyata keçirib.

Publika.az-a açıqlama verən Mila bildirib ki, o, Şəfiqə xanımın 90 ilik yubileyinə həsr olunmuş tədbirdə öz ifası ilə çıxış edib:

“Mərhum Şəfiqə xanımla görüşlərimiz zamanı o, həmişə mənə deyrdi ki, “mən sənin 90 ilik yubileyimdə oxumağını istəyirəm”. Belə oldu ki, ona 90 ilik yubileyini qeyd etmək nəsib olmadı. Amma mən Filarmoniyada mərhum Şəfiqə xanımın 90 ilik yubileyinə həsr olunmuş tədbirdə iştirak etdim və Şəfiqə xanımın oğlu Talehin bəstəsi olan “İntizar” mahnısın ifa etdim. Mən bir daha ölməz bəstəkarımız Şəfiqə Axundovanın ruhu qarşısında baş əyirəm. Bir tərəfdən sevinirəm ki, onun arzusunu yerinə yetirdim, digər tərəfdən üzülürəm ki, bu arzunu onsuz həyata keçirtdim”.

Cəvahir Səlimqızı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm