Murad Dadaşov: “Restoranım olsaydı, nə dərdim olardı?”
Bizi izləyin

Tabloid.az

Murad Dadaşov: “Restoranım olsaydı, nə dərdim olardı?”

Tanınmış şoumen Murad Dadaşov paytaxtın Nərimanov heykəlinin yanında yerləşən “R&B” restoranının ona məxsus olması barədə yayılan məlumatlara münasibət bildirib.

M.Dadaşov publika.az-a açıqlamasında yayılan məlumatları təkzib edib:

“Bu restoran mənim deyil. Mənim olsaydı, nə dərdim olardı? Kaş ki, mənim olaydı. Məgər restoran açmaq qəbahətdir? Bu restoran tanışlarımdan birinə məxsusdur. Restoranın sahibi də məmur deyil, cavan oğlandır, bu işlə məşğul olur. Sadəcə olaraq mən bu restoranda tez-tez oluram. Restoranın dizayn işində də mənə yaxın olan bir şirkətin böyük əməyi var. Amma restoran mənə məxsus deyil. Mən məmur deyiləm, əgər mənim olsaydı, deyərdim ki, mənimdir”.

Xatırladaq ki, bu gün bəzi KİV-lər Bakı Şəhər Yol Polisi İdarəsinin rəisi Nuşirəvan Səfərovun Nərimanov heykəlinin yanındakı restoranın sahibi olduğunu iddia edən material yayıblar. Bu material təkzib olunandan sonra isə sözügedən restoranın tanınmış şoumen Murad Dadaşova məxsus olması barədə xəbərlər yayılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm