• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Türk müğənnisindən Rəşid Behbudovun xatirəsinə hədiyyə

Türk müğənnisindən Rəşid Behbudovun  xatirəsinə hədiyyə

Azərbaycanda fəaliyət göstərən Türkiyənin tanınmış opera ifaçısı Oya Ergün dünya şöhrətli ölməz sənətkar Rəşid Behbudovun mahnılarından ibarət hazırladıqı albomun artıq hazır olduqun bildirib.

Publika.az-a açıqlama verən Oya xanım bildirib ki, Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Türkiyənin ölkəmizdəki səfirliyinin dəstəyi ilə hazırlanan Rəşid Behbudovun lentə aldığı mahnıların yer aldıqı albom artıq hazırdır: “ Azərbaycan Dövlət Filarmoniyasında lentə aldığım ölməz mahnılardan ibarət yeni albomum artıq hazırdır. Bu alboma ürək qoydum, hazırladım. İnşallah, tez bir zamanda təqdimatını keçirəcəm. Albom hazırlıqlarına böyük məsuliyyətlə, çox gözəl bir komandayla, dəyərli musiqiçilərlə başladım. İnşallah, musiqisevərlər albomdan məmnun qalacaqlar. Biz bu albomun ən səviyyəli şəkildə çıxması üçün əlimizdən gələni etdik. Vaxtilə Rəşid Behbudovun ifasında oxunan mahnılardan ibarət albom hazırlamaq asan iş deyil, çox böyük məsuliyyətdir”.

Qeyd edək ki, albomda Rəşid Behbudovun ifa etdiyi 12 mahnı yer alacaqdır. Oya Ergün Azərbaycanda və Türkiyədə albomun təqdimatını keçirəcək.

Cəvahir Səlimqızı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR