Tabloid.az
Tənqidçi-alim anıldı
Azərbaycan Yazıçılar Birliyinin “Natəvan” klubunda tanınmış ədəbiyyatşünas alim, tənqidçi Fəridə Vəzirovanın 90 illik yubileyinə həsr edilmiş gecə keçirilib. Tədbirdə tənqidçinin yaxınları və ictimai-siyasi xadimlər iştirak ediblər.
AYB-nin katibi Rəşad Məcid Fəridə Vəzirova haqqında tədbir iştirakçılarına məlumat verib: “Fəridə xanım haqqında mətbuatdan oxudum. Onun həyatı məndə xoş təəssürat yaratdı. Ədəbiyyata, bizim ömrümüzü verdiyimiz sənətə kiminsə bu dərəcədə bağlı olması qürur doğurur”.
Daha sonra filologiya elmləri doktoru, professor Almaz Əliqızı, professor İfrat Əliyeva çıxış ediblər. Onlar Fəridə Vəzirova ilə bağlı xatirələrini danışıblar. Çıxışlar bitdikdən sonra onun həyat və yaradıcılığını əks etdirən fotoslayd iştirakçılara göstərilib. Sonda Fəridə Vəzirovanın qızı İradə Vəzirova mərasim iştirakçılarına öz təşəkkürünü bildirib.
-
İnanc20:24
Ağdam Cümə məscidində ilk Azan - VİDEO
-
Cənubi Qafqaz19:36
Ermənistan hərbçisi Azərbaycanla sərhəddə minaya düşdü
-
Avropa17:21
Makrondan qorxunc iddia: Avropa dağılacaq, köçkünlər olacaq
-
Kriminal16:33
Özünü ölmüş kimi təqdim edən biznesmenə hökm oxundu
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO