Nazpəri Dostəliyeva gəlini ilə birlikdə müsahibə verdi - FOTOLAR
Bizi izləyin

Tabloid.az

Nazpəri Dostəliyeva gəlini ilə birlikdə müsahibə verdi - FOTOLAR

Xalq artisti Nazpəri Dostəliyeva ANS telekanalında yayımlanan “Bir gün” verilişinin qonağı olub.

Xalq artisti Nazpəri Dostəliyeva ANS telekanalında yayımlanan “Bir gün” verilişinin qonağı olub.

Müğənni oğlanları və gəlinləri ilə münasibətindən danışıb.

O, gəlinləri arasında fərq qoymadığını söyləyib:

“Gəlinlərimlə hər zaman ana kimi olmuşam. Onlara gəlin demirəm, qızlarımdır. Ana doğma övladı ilə necə rəftar edərsə, mən də onlara elə münasibət bəsləyirəm. Onlardan hər zaman bir istəyib olub: övladlarımın arasını vurmasınlar. Birdən olar, müasir kişiləri bilmək olmaz. Birdən arvad sözü dinlədilər. İstəmirəm, gəlinlərim qardaş arasına girsinlər. Bizim evdə qayınana sözü yoxdur. Mən böyük olaraq qüsurlarını onlara elə çatdırıram ki, inciməsinlər”.

Xalq artistinin gəlini Nərmin hər işi N. Dostəliyeva ilə məsləhətləşdiklərini deyib:

“Ana hirsli də ola bilər. Biz onun hər halını qəbul edirik. Bəzən oğlanlarına deyə bilmədiyini bizə deyir. Hərdən oğlanları onu bizə qısqanır. Etdiyimiz hər işi Nazpəri xanımla məsləhətləşirik”. /Axsam.az/

Oxumağa davam et
Reklam
Reklam

Gündəm