Samiraldo evlənir
Bizi izləyin

Tabloid.az

Samiraldo evlənir

Şou-biznesdə qeyri-adi geyimləri, qalmaqallı açıqlamaları ilə daim müzakirə olunan stilist Samiraldo ( Samir Əliyev) subaylığın daşını atır.

Stilist bildirib ki, Yeni il ərəfəsində sevdiyi xanımla ailə quracaq:



“Bir neçə ildir ki, bir xanımla münasibətdəyəm. O illərdir ki məndən evlilik təklifi gözləyirdi. Mənsə bu yaxınlarda ziyafətlərin birində ona bu təklifi etdim. Hətta onun böyüklərindən də razılıq almışam. Biz ailə quracağıq. Bilirəm, bu açıqlamam çox söz-söhbətlər yaradacaq.



Çox insanlar məni qınayacaq. Amma mənim az yaşım yoxdur. Elə bir yaş dövründəyəm ki, həyatdan nə gözlədiyimi bilirəm. Mən də ailə qurub, övlad sahibi olmaq istəyirəm. Ailə quracağım xanım məndən iki yaş balacadır. Amma Allahıma çox şükür edirəm ki, məni başa düşən bir xanımı qarşıma çıxarıb.



Artıq qarşımda şərt də qoymuşam. Ailə qurduqdan sonra başqa bir Samir olacağam. Geyimlərimə diqqət edəcəm. Çalışacam ki, mənə görə xanımım narahat olmasın. Toyuma isə mənə yaxın olan insanları dəvət edəcəyəm. Toy mediaya qapalı olacaq. Bir sözlə, yeni ildə hər kəsi şoka salacam”./fox.az

Oxumağa davam et
Reklam
Reklam

Gündəm