Rusiya “Eurovision-2014” mahnı müsabiqəsindən qovula bilər - Video
Bizi izləyin

Tabloid.az

Rusiya “Eurovision-2014” mahnı müsabiqəsindən qovula bilər - Video

Rusiya “Eurovision-2014” mahnı müsabiqəsindən qovula bilər

May ayında Danimarkanın Kopenhagen şəhərində keçiriləcək “Eurovision” mahnı müsabiqəsi ətrafında Rusiya iştirakçıları ilə bağlı qalmaqal yaşanıb. Bu il Rusiya Federasiyasını Tolmaçevo bacıları “Shine” mahnısı ilə təmsil edəcək. Londonlu jurnalist təmsil olunacaq mahnının sözlərində Ukrayna və Rusiya arasında olan münasibətlər barədə işarə görüb.

İngilis jurnalistin iddiasına görə, mahnının sözlərində Krım haqqında sətir var. Mahnının ikinci misrasında deyilən “Living on the edge, closer to the crime-cross the line a step at a time” cümləsində “crime” (cinayət) aydın şəkildə “Crimea” (Krım) kimi deyilir.

Qeyd olunur ki, bir çox adamlar artıq jurnalistin fikri ilə razılaşıb və “Eurovision” mahnı müsabiqəsinin təşkilat komitəsindən Rusiyanın yarışmadan uzaqlaşdırılmasını tələb edirlər. Bu haqda komitə heç bir rəy bildirməyib.

Camalə

Oxumağa davam et
Reklam
Reklam

Gündəm